Bu gün:

İlk kompüter proqramçısı kim olub?


İnkişaf edən texnologiya ilə bu gün kompüterlər təhsil, səhiyyə, ünsiyyət və alış-veriş kimi həyatımızın hər sahəsində bizə kömək edir. Kompüterlərin müxtəlif sahələrdə istifadəsini təmin edən amil onların hər bir iş üçün xüsusi olaraq proqramlaşdırıla bilməsidir. Beləliklə, ilk kompüter proqramçısının kim olduğunu heç düşünmüsünüzmü?

Ada Lavleys adlı İngilis qadın alim ilk kompüter proqramçısı hesab olunur. 1815-ci ildə anadan olan Lavleys kiçik yaşlarından riyaziyyat, elm və məntiqi öyrənərək dövrün ən parlaq riyaziyyatçılarından birinə çevrilir. Maşınlarla da maraqlanan Lavleys 1833-cü ildə riyaziyyatçı Çarlz Bebbic ilə tanış oldu. Bebbic Fərq Mühərriki adlı hesablama maşını və daha mürəkkəb əməliyyatları yerinə yetirən Analitik Mühərrik adlanan maşınlar dizayn etmişdir. Lavleys Analitik Mühərrikin bir sıra riyazi əməliyyatları yerinə yetirə biləcəyini başa düşdü və Bernoulli ədədlərini yaratmaq üçün bu maşından istifadə etdi. Onun bu ədədləri hesablamaq üçün yazdığı alqoritm tarixdə ilk kompüter proqramı hesab olunur. Beləliklə, triqonometrik funksiyaların silsiləli genişlənmələrində ortaya çıxan və riyaziyyatın ədədlər nəzəriyyəsi və analiz sahələrində istifadə edilən Bernulli ədədləri ilk kompüter proqramının mövzusuna çevrildi.

Lavleysin dövründə kompüter proqramlaşdırması peşə hesab edilmirdi. Lavleysin 1852-ci ildə vəfatından təxminən bir əsr sonra kompüter proqramlaşdırması peşəyə çevrildi. Bu gün kompüter proqramlaşdırması ən sürətlə inkişaf edən karyera sahələrindən biri kimi qəbul edilir.

Hər il oktyabrın ikinci çərşənbə axşamı Ada Lavleys Günü kimi qeyd olunur və bu gündə qadınların elm, texnologiya, mühəndislik və riyaziyyata (STEM) töhfələri vurğulanır.

Mənbə: bilimtubitak 


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et