Bu gün:

Çayı isti və cəld içməyin fəsadları


İsti və tez içilən çayla bağlı son araşdırmaları dəyərləndirən Prof. Dr. Oğuz Köse,-"Elmi əsaslar sıx və isti çay içmənin ağız xərçəngi riskini artıran faktorlardan biri olduğunu açıq şəkildə göstərir",-deyə vurğuladı.

Çin və Amerikada aparılan araşdırmalarda mütəmadi olaraq qəbul edilən isti və sürətli çay və kofen içilməsinin orqanizmdəki selikli qişaları yandırdığı, beləliklə də, insanın ağız nahiyəsində xərçəng riskini 3 dəfə artırdığı aşkar edilmişdir.  Alimlər, həmçinin aşkar ediblər ki, həddən artıq isti içkilərin qəbulu bərpa olunan hüceyrələri xərçəngə çevirə bilər.

Mövzu ilə bağlı danışan Rəcəb Tayyib Ərdoğan Universitetinin Diş Həkimliyi fakültəsinin müəllimi Prof. Dr.  Oğuz Köse,-"Ölkə olaraq isti və sürətli çay içmək vərdişindəyik. İsti və sıx şəkildə içilən çay ağız və boğaz selikli qişasında xroniki zədələnmələrə səbəb olur. İlk olaraq, boyunda xərçəng əmələ gəlmə riskini artırır. Elmi dəlillər açıq şəkildə göstərir ki, isti və tez içilən çay  Türkiyə də daxil olmaqla Yaxın Şərq cəmiyyətlərində ağız xərçəngi riskini artıran amillərdən biridir. İnsanlara çayı çox isti deyil, biraz ilıq içmələrini tövsiyyə edə bilərəm“,- deyə o bildirib.

Çayı ilıq içmək daha doğrudur.

Təzə və ilıq çay içmənin  bədənə sağlamlıq  faydasını da  çatdıran Prof.  Dr. Köse,-"Bu səbəbdən çayı səbirlə içmək və bir az soyutmaq daha yaxşı olar. Bundan əlavə, çayın 15 dəqiqədə dəmlənməsini və yarım saatda içilməsini tövsiyə edirəm. Əlbəttə, çayın da bədənimiz üçün əhəmiyyətli faydaları var.  Çay tərkibində güclü antioksidanlar olan qiymətli milli içkidir. Bir az da diqqət edib ilıq və təzə içsək, çaydan aldığımız həzz daha da artar”,-dedi.

Heç bir problem yoxdur

Çayxana müdiri Ayşegül Memişoğlu Rizəlilərin ilıq çay içmədiyini söyləyərək,-"Stəkanları iki dəfə qaynar suda gəzdiririk ki, daha da  qaynasın. Soyuq olsa bizi döyürlər",-dedi.

Əli Pala da,- "Rizəlilər çayı isti içirlər. Mən bu istiqamətdə xərçəng, xəstəlik görməmişəm. Heç bir problem olmayacaq. Mənim kimi Rizəliyə soyuq çay içə bilməzsiniz. Kimi boşqabı atır, kimi mübahisə edir amma soyuq çay içmir. Bu gün mənim artıq 30-cu stəkanımdır. Elə edəcəyəm ki, ayılım. Nə qədər isti olursa -olsun”,-deyə fikir bildirib.

Əli Rıza Büyük,-"Bu haqda bilmirdim, amma çayı vitamin varmış kimi içirik. Qaradənizdə çay isti içilir. Çay soyuyanda "bu çayı dəyiş" deyirik”.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et