
Vantablack 2009-cu ildə Ben Jensen tərəfindən hazırlanmış və 2014-cü ildə Surrey Nanosystems tərəfindən kommersiyalaşdırılan və indiyə qədər istehsal edilmiş ən qaranlıq maddə hesab edilən bir piqmentdir. Bunun səbəbi gələn işığın 99% -dən çoxunu udmasıdır.
Karbon nanoboru daxil olan işığı özündə saxlayır və istilik enerjisinə çevirir.
Kosmik texnologiyaların ən mühüm elementlərindən biri olan kosmik teleskoplarda daxil olan işıq nə qədər çox udulursa, görüntü bir o qədər aydın alınır.
Enerji sahəsində Vantablack-in işığı udmaq və onu istilik enerjisinə çevirmək qabiliyyəti bu materialdan enerji panellərinin yaranmasına səbəb ola bilər.
2011-ci ildə NASA və Amerika ordusu karbon nanoboru texnologiyasından istifadə edən Vantablack-i maliyyələşdirməyə başladı. Beləliklə, Vantablack-in kommersiya gələcəyi açıldı.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
