Bu gün:

Ən geniş yayılmış xərçəng növü


ABŞ-da aparılan bir araşdırma qarın ağrısı, rektal qanaxma, ishal və dəmir çatışmazlığı anemiyasının erkən mərhələdə "kolon" xərçəngi riski ilə əlaqəli olduğunu göstərir. Digər tərəfdən, araşdırmada gənclərlə bağlı  məlumatlar da  var.

 5 mindən çox insanın məlumatları təhlil edilib

Vaşinqton Universitetinin alimləri şəxsiyyətləri gizlədilən 5000-dən çox erkən mərhələdə kolon xərçəngi xəstəsinin sağlamlıq məlumatlarını təhlil ediblər.

Tədqiqatda qeyd olunub ki, xəstəliyin diaqnozundan 3 ay-2 il əvvəl müşahidə olunan qarın ağrısı, düz bağırsağın qanaxması, ishal və dəmir çatışmazlığı anemiyası kimi simptomların hər biri 50 yaşdan aşağı olan insanlarda kolon xərçənginin erkən mərhələsi yüksək riskə işarə edir. 

Simptomlar artdıqca xəstəlik riskləri də atır

Simptomların sayı artdıqca xəstəliyə tutulma riskinin də artdığına diqqət çəkən araşdırmada, simptomlardan birinin olması halında xəstəliyə tutulma riskinin ikiqat, ikisinin olmasında ən az 3,5 dəfə, üç və ya daha çox olmasında isə, ən azı, 6,5 dəfə artdığı bildirilib.

Say iki qat artıb

 Araşdırmada  qalın bağırsaq xərçəngi olaraq da bilinən kolon xərçəngi diaqnozu qoyulan gənclərin sayının, təxminən, iki dəfə artdığı vurğulanıb.

Tədqiqata qatılan Vaşinqton Universiteti Tibb Fakültəsinin dosenti.  Dr. Yin Cao, rektal qanaxma və dəmir çatışmazlığı anemiyası olanların vaxtında endoskopiya edilməli və sağlamlıq vəziyyətinin izlənilməli olduğunu bildirib.

 Araşdırmanın nəticələri “Journal of National Cancer Institute” jurnalında dərc olunub.

Dünyada 3-cü ən geniş yayılmış  xərçəng tipi

 Dünyada ən çox görülən 3-cü xərçəng növü olan kolon xərçəngi 2020-ci ildə, təxminən, iki milyon insanda aşkar edilmişdir.  Hər il 1 milyon insan kolon xərçəngindən  ölür.

50 yaşdan yuxarı insanlarda kolon xərçənginə tutulma halları yoxlanış testləri sayəsində hər il azalsa da, son illərdə gənc yaşda xəstəliyə yoluxma halları artıb.

45 yaşa enib

Dünyada 55 yaşdan aşağı kolon xərçəngi xəstələrinin sayı artarkən, yoxlanış testləri 45 yaşa qədər azalıb.

ABŞ-da aparılan əvvəlki araşdırmada, 1950-ci il təvəllüdlü insanlarda kolon xərçəngi nisbətinin 1 olaraq qəbul edildiyi zaman, 1990-cı il təvəllüdlülərdə kolon xərçənginin nisbətinin, təxminən, 2 dəfə, düz bağırsaq xərçənginin isə 4 dəfə artdığı müəyyən edilmişdir.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Məmmədova

Paylaş
Şərh əlavə et