Gündəlik həyatımızda bəzən sağlam qidalar mədəmizə ağırlıq verə bilər. Bəzi qidaları eyni anda və ya qısa zaman aralığında qəbul etmək olmaz. Mədə problemlərinə səbəb ola biləcək zərərli ikililəri təqdim edirik...
Süd - şirə
Bəzi qidalar və içkilər tək başına sağlam olsa da, onları eyni anda qəbul etmək olmaz. Süd və şirə bu birləşmələrdən biridir. Bu ikili ürək yanması və şişkinlik kimi narahatlığa səbəb ola bilər.
Yemək - su
İnsanların çoxunda yemək zamanı su içmək vərdişi var. Bu zaman tüpürcəyin ifraz sürəti azalır. Yeməyin həzmini çətinləşir və çəki problemlərinə səbəb ola bilir.
Qatıq - meyvə
Qatıq və meyvəni eyni anda yemək nə qədər sağlam görünsə də, zərərli ola bilər. Meyvə və ya qatıq ayrı yeyildikdə çox faydalıdır. Ancaq bu iki qida birləşdikdə mədədə gərginlik yarada bilər. Bunun yerinə darçın, zəncəfil və bal qarışımı daha sağlam olacaq.

Zeytun yağı - badam
Badam sağlamlıq üçün çox faydalı olan qurudulmuş qozdur. Eyni şəkildə, zeytun yağı bir çox sağlamlıq probleminə yaxşı təsir edir. Bu iki qida birgə yeyiləndə mədədə həzmi çətinləşdirir.

Toyuq - süd
Toyuq və süd eyni qida dəyərinə malikdir. Birlikdə qəbul edildikdə bədəndə zülal və kalsiumun artır. Bu zaman mədə problemləri yaranır. Bundan əlavə, südün tərkibindəki laktik turşu mədə yanması problemi yarada bilər.
Mənbə: Milliyet
Tərcümə etdi: Samirə İsmayılova
