Bu gün:

COP nədir?


COP BMT-nin iqlim dəyişikliyi üzrə illik konfransıdır. Tərəflərin Konfransı mənasını verən COP  BMT-yə üzv dövlətlərin iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirmək və UNFCCC təlimatları çərçivəsində iqlim fəaliyyətinə dair plan hazırlamaq üçün bir araya gəldiyi illik toplantıdır. Görüşlərin rəsmi adı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı və ya Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransıdır. İlk COP 1995-ci ildə Berlində keçirilib.


COP qərarları ölkələr üçün qlobal nüfuza malikdir. BMT sistemində ABŞ və Rusiya kimi güclü ölkələr Vanuatu və ya San-Tome və Prinsipi kimi kiçik ada dövlətləri ilə eyni səsvermə hüququna malikdir. Bundan əlavə, COP-da qərarlar yalnız konsensusla qəbul edilə bilər. BMT-yə üzv dövlətlər danışıqlarda iştirak etmək üçün öz nümayəndələrini göndərirlər. Müşahidəçi təşkilatlar da nümayəndələr göndərir, sənaye nümayəndələri və lobbiçilər də görüşlərdə iştirak edirlər.

Diqqət yetirməli olduğumuzu, gəlin bəzi əsasları nəzərdən keçirək.

+1.5°C Yol Xəritəsi nədir?

Sənaye İnqilabından bəri orta qlobal səth temperaturu təxminən 1,2°C artmışdır. Əksər alimlər razılaşırlar ki, 1,5°C-lik yüksəliş iqlim dəyişikliyinin təsirlərinin ən təhlükəli və geri dönməz olacağı həddi aşır. 1,5°C yol xəritəsi orta qlobal temperatur artımını bu səviyyədən aşağı saxlamaq üçün qəti plandır. Hökumətlər 2021-ci ildə COP26-da 2015-ci ildə Parisdə razılaşdırılmış daha az sərt 2°C yol hədəfi əvəzinə 1,5°C-lik daha aşağı temperatur artımına diqqət yetirmək barədə razılığa gəliblər. Qlobal istiləşməni +1,5°C ilə məhdudlaşdırmaq üçün qlobal iqtisadiyyatın hər bir hissəsinin sürətlə karbonsuzlaşması lazımdır. Bir çox şirkətlər, ölkələr və təşkilatlar gələcək illərdə karbonsizləşdirmə və ya xalis sıfıra keçid öhdəliyi götürdülər.

Net Zero nədir?

Atmosferdə istixana qazlarının xalis sıfır qazancına illik istixana qazı emissiyaları hər il çıxarılan məbləğə bərabər olduqda nail olunacaq. IPCC, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel tərəfindən müəyyən edilmiş xalis sıfıra aparan yollara həm dekarbonizasiya, həm də karbonun çıxarılması daxildir.

Dekarbonizasiya yüksək karbon buraxan qalıq yanacaqların istifadəsini azaltmaqla əldə edilən atmosferdə karbon və digər istixana qazlarının azalmasıdır. Karbondan təmizləyici məhlullar karbonu atmosferdən udur və uzun müddət saxlayır. Bu gün ABŞ-da DAC, yəni birbaşa karbon tutma və enerji tətbiqlərinə çevrilmə başladı.

Xalis sıfıra çatmaq üçün dekarbonizasiya enerji, kənd təsərrüfatı və torpaqdan istifadə də daxil olmaqla bütün sektorlarda baş verməlidir. Sement kimi sənayelərdən qalan azaldılması çətin olan emissiyaları kompensasiya etmək üçün karbonun çıxarılması tələb olunacaq. Çox yüksək karbon tərkibli sementin tikinti materialı kimi istifadəsinin texnoloji inkişaflarla ən azı mənzil kimi asan sektorlarda 10 il ərzində ortadan qalxması mümkündür.

Mənbə: ecobuild.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et