
Tatu bəşəriyyətin minlərlə illik tarixində kök salan mədəni və bədii ifadə formasıdır. Bədənin dərisinə həkk olunan bu qalıcı izlər fərdin şəxsiyyətini, inanclarını, təcrübələrini və hətta duyğularını əks etdirir.
Tatuların mənşəyi bəşəriyyətin ən erkən dövrlərinə gedib çıxır. Arxeoloji tapıntılar göstərir ki, tatular e.ə. 3300-cü illərdən bəri mövcud olduğunu göstərir. Qədim sivilizasiyalarda tatular sosial statusun göstəricisi kimi istifadə olunsa da, ritual və dini məqsədlər üçün də tətbiq edilirdi. Məsələn, Misirdə tatular insanın tanrılarla əlaqəsini simvolizə edirdisə, Polineziya mədəniyyətində insanın sosial vəziyyətini və təcrübələrini ifadə edirdi.
Bu gün tatu sadəcə bəzək vasitəsi olmaqdan kənara çıxıb və şəxsi ifadə azadlığının bir hissəsinə çevrilib. Tatu sənəti böyük təkamül yolu keçmişdir. Texnologiyanın inkişafı ilə döymə maşınlarının və rəngli mürəkkəblərin inkişafı rəssamlara daha mürəkkəb və ətraflı dizaynlar yaratmaq imkanı verdi. Tatu sənəti bir çox fərqli üslub və texnikada həyata keçirilir. Realist, ənənəvi, minimalist, akva rəngləri, həndəsi və bir çox başqa üslublar tatu sənətçilərinə heç bir məhdudiyyət olmadan öz yaradıcılıqlarını ifadə etməyə imkan verir.
Tatu qalıcı bir işarədir və diqqətlə düşünülməli bir qərardır. Tatu etdirməzdən əvvəl yaxşı düşünmək lazımdır, çünki qalıcı nəticələr verə bilər. Bundan əlavə, qeyri-gigiyenik mühitlərdə edilən tatular infeksiya riskini daşıyır və tatu dəriyə qalıcı ziyan vura bilər. Buna görə də prosedurun peşəkar və gigiyenik tatu studiyasında aparılması vacibdir. Tatu etməzdən əvvəl şəxsin döymə haqqında kifayət qədər məlumatı olması və düzgün qərar verməsi vacibdir. Bundan əlavə, tatudan sonra insan tatuya qulluq haqqında məlumatlı olmalı və ona düzgün qulluq etməlidir.
Mənbə: kampustenevar
Tərcümə etdi: Sevil Azər
