Bu gün:

Şimali Koreyanın yeni kəşfiyat peykinin raketi partladı


Şimali Koreya yeni hərbi kəşfiyyat peykini buraxmaq cəhdinin bazar ertəsi yeni hazırlanmış raket mühərrikinin uçuş zamanı partlamasına görə uğursuzluqla nəticələndiyini bildirib.

Bu cəhd Pxenyanın iyunun 4-dək orbitdəki ikinci casus peyki olacaq peyk buraxmağa çalışacağı barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra baş verib .

Əvəzində, buraxılış keçən il baş vermiş digər iki alovlu qəzadan sonra nüvə silahına malik Şimalın son uğursuzluğu oldu. O, ilk casus peykini noyabr ayında uğurla orbitə yerləşdirib.

Şimali Koreyanın Milli Aerokosmik Texnologiyalar Administrasiyasının baş direktorunun müavini dövlət mediasının yaydığı hesabatda “Yeni peyk daşıyıcı raketin buraxılışı birinci mərhələnin uçuşu zamanı havada partlayanda uğursuz oldu” dedi.

İlkin təhlillərə görə, səbəb yeni yaradılmış maye yanacaqla işləyən raket mühərriki olub, lakin digər mümkün səbəblər araşdırılır, hesabatda deyilir.

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et