Bu gün:

Tesla necə maliyyələşdirilib?


2003-cü ildə mühəndislər Martin Eberhard və Marc Tarpenning tərəfindən qurulan Tesla, Inc., elektrik nəqliyyat vasitələrini (EV) inkişaf etdirmək və davamlı enerjini təşviq etmək üçün yaradılıb. Şirkət məşhur ixtiraçı Nikola Teslanın adını daşıyır. İlkin maliyyə müxtəlif mənbələrdən, xüsusən də 30 milyon dollardan çox sərmayə qoyan və 2004-cü ildə sədr kimi qoşulan İlon Maskdan təmin edilib.

Teslanın 2008-ci ildə satışa çıxardığı ilk avtomobili Roadster, tək şarjla 245 mil məsafə qət etmək və 4 saniyədən az müddətdə 0-dan 60 mil/saat sürətlənmə ilə EV üçün təsirli performans nümayiş etdirib. Bu ilkin uğur Teslanın avtomobil sənayesindəki reputasiyasını möhkəmləndirməyə kömək edib.

İlkin çətinliklərə, o cümlədən istehsal gecikmələrinə və yüksək xərclərə baxmayaraq, Maskın rəhbərliyi və Daimler AG ilə olduğu kimi strateji tərəfdaşlıqları şirkətin iflasdan qaçmasına və innovasiya səyahətini davam etdirməsinə kömək olub. 

Mənbə: “Britannica və CAR Magazine resursları”

Tərcümə etdi: Rəvan Məmmədov

Paylaş
Şərh əlavə et