Bu gün:

Parapsixologiya nədir?


İnsanın qeyri-adi qabiliyyətlərini və mənəvi xüsusiyyətlərini araşdıran sahə parapsixologiya adlanır. Yəni görmək, eşitmək, dadmaq, toxunmaq kimi hisslərdən başqa fövqəltəbii hadisələri araşdıran sahədir. Xüsusilə, bəzi xüsusi qabiliyyətlərə sahib olduğuna inanan insanlar tərəfindən 5 duyğu ilə qəbul edilə bilməyən bir çox təbii hadisələrin dərk edilməsi ilə idarə olunur.

Bu gün, üstəlik, indi bir elm sahəsi hesab olunur və bununla bağlı ciddi araşdırmalar aparılır. Onun bu hadisələrlə maraqlandığını söyləmək olar:

•hipnoz
•çakra
•aura
•telepatiya

İş o yerə çatıb ki, yuxarıda qeyd etdiyimiz bütün qeyri-adi hadisələr bu gün də bir çox insanlar tərəfindən ciddi şəkildə müzakirə edilir və öyrənilir. 

Eyni zamanda, bu xüsusiyyətlərə sahib olduqlarını iddia edənlərin çox olduğunu söyləmək olar. Daha çox ağılla görmək və ya qavramaq kimi ifadə edilən parapsixologiya, beyin dalğaları ilə ünsiyyət şəklində də elmi şəkildə idarə oluna bilər. Xüsusilə, qavrayış funksiyası olan 6-cı çakra (alnın ortası) ultrabənövşəyi qavrayış şəklində də ön plana çıxır. Beləliklə, bir çox insanların düşüncələri oxuna bilər, cisimlər hərəkət edə bilər və ya gələcəyə dair müxtəlif proqnozlar verilə bilər.

Parapsixologiya araşdırmaları 
1960-cı illərdə başlayan parapsixologiya araşdırmaları o dövrdə 300 elm adamı ilə davam etdi. Halbuki bu gün baxdığımızda bu rəqəm 10 mini keçib. Yəni hazırda 10 mindən çox parapsixoloq var. Xüsusilə, iddialara görə, İkinci dünya müharibəsindən sonra Amerika və Rusiya parapsixologiya ilə birlikdə bir çox məxfi məlumatlara çatıblar. Məlum olana görə, 1970-ci illərdə ABŞ-ın xüsusi xidmət orqanı olan MKİ-də bir çox hipnoz mütəxəssisi və ekstrasens iştirak edib.

Mənbə: Hürriyet
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et