Bakteriyaları cəlb edir.
Məşhur diş həkimi DDS Bill Dorfman deyir ki, diş pastası qapaqsız qaldıqda bakteriyaların yaranması üçün zəmin yaranır. Həmçinin, o qeyd edib ki, pastanı açıq saxlamaq diş əti iltihabı və ağız qoxusu kimi ağız sağlamlığı problemlərinə səbəb ola bilər: "Bu problemlər ürək xəstəliyi kimi daha böyük sağlamlıq problemlərinə səbəb ola bilər."

Quruyur
Stomatoloqlar, həmçinin, deyirlər ki, diş pastasını qapaqsız qoymaq onun qurumasına səbəb ola bilər və heç kim dişlərində bərk, yapışqan pasta hissini sevmir.
Daha az effektivlik yaradır.
Mütəxəssislər son istifadə tarixinə diqqət yetirməyi tövsiyə edir: "Dişlərinizi sağlam və təravətli saxlaya bilən aktiv maddələrlə zəngin təzə diş pastasına sahib olduğunuzdan əmin olun".
Mənbə:Bestlife
Tərcümə edən: Səadət Quliyeva
