Bu gün:

Yumruq vurmağınız şəxsiyyətinizi ortaya qoyur



Baş barmaq yuxarıdırsa 

Siz dünyanın ən enerjili insanı ola bilərsiniz! Yeni şeylər öyrənməyə can atırsınız və hər şeyi bir anda həyata keçirməyə çalışırsınız. Televiziya qarşısında uzanmaq heç vaxt proqramınızın bir hissəsi deyil. Siz çox altruistsiniz və insanlara güvən verirsiniz. Sizdən gözləniləndən çoxunu edirsiniz; Etibarlılığınıza, enerjinizə və xeyirxahlığınıza görə hamı sizi heyranlıq edir! 



Baş barmaq içəridədirsə 

Ağıllı və danışan olmalısan! Ancaq yeni dostlar tapmaq sizin üçün bir az çətindir. İnsanlara əvvəlcə sakit və küsmüş olduğunuz təəssüratını yaradırsınız. İnsanlar sizi daha yaxından tanıdıqca sizin nə qədər yumşaq və kövrək olduğunuzu anlayırlar. Problemlərin səbəbini asanlıqla görə və həll yollarını düşünə bilərsiniz. Siz hiyləgərsiniz, perspektiviniz möhkəmdir və verdiyiniz qərarlar, adətən, düzgün olur. Bəzən edə biləcəyinizdən daha çoxunu istəsəniz və özünüzü stresə salsanız belə, diqqətli və düşüncəli olmaq sizə üstünlük verir. 



Baş barmaq yan tərəfdədirsə 

Şüarınız "hər kəs öz yolunu seçir" və sizin yolunuz, çox təəssüf ki, həmişə çətin yoldur. Siz praktik və ləyaqətlisiniz. Sanki onurğa sütununuz poladdandır. Qərarınızdan geri çəkilmirsiniz və heç vaxt özünüzə güzəştə getmirsiniz! Ancaq uğursuzluq qorxunuz sizin cəsarətli qərarlar qəbul etməyinizə maneə olur və özünüzə inamınızı sarsıdan yeganə şey budur. Buna görə də, adətən, insanların təqdirini və dəstəyini gözləyirsiniz. Dostlarınız sizin nəzakətinizi, etibarlılığınızı və zəkanızı yüksək qiymətləndirirlər. Ətrafınızdakı insanlar özlərini təhlükəsiz hiss edirlər və yanınızda olmaqdan çox xoşbəxtdirlər. Unutmayın ki, yaxınlarınızın dəstəyi ilə hər şeyə nail ola bilərsiniz!



Baş barmaq yuxarıya baxırsa 

Bilikli və bacarıqlı olsan da, həm də təvazökarsan! Bir çox qeyri-mümkün görünən ideyalar yarada bilən praktik ağlınız var. Siz dünyanı kəşf etməyi sevirsiniz və bunu daha da yaxşı etməyə etməyə çalışırsınız, lakin, bəzən, hər şeyi bir anda öyrənmək istədiyiniz üçün diqqətinizi bir şeyə yönəltmək sizin üçün çətin ola bilər. Hamı sizi gəzən ensiklopediya kimi görür və sizdən məsləhət alır. Əslində, sizin kənara daha çox qapalı olmağı sevən bir hissəniz var. Dost dairənizi seçərkən çox vasvası və diqqətlisiniz və onlara ən yaxşı məsləhətləri verməyə çox çalışırsınız.


Mənbə: Habertürk


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et