Bu gün:

Ata qayğısı bütün həyatı formalaşdırır


Sevgi hər bir uşağın əsas ehtiyacıdır. Ataların övladları ilə qurduğu sağlam münasibət bütün həyatı formalaşdırır. Mütəxəssis Psixoloq Hızlan: “Uşaq şərtlərə bağlı olmadan sevməyi daha asan öyrənir".

Anadolu Sağlamlıq Mərkəzindən Mütəxəssis Psixoloq Selin Karabulut Hızlan atasından yetərincə qayğı görməyən uşaqların yetkinlik çağında hər kəsə və hər şeyə qaça, yaxşılıq edə və hər kəsə "öz qaydasında" kömək edə bildiyini ifadə edir: "Bunun qarşılığında gözlənilən təşəkkür və təqdir alınmayanda insan xəyal qırıqlığından qaça bilmir". Atası ilə ünsiyyət qura bilməyən və ya hər zaman anası vasitəsilə ünsiyyət quran uşaqların atalarından qorxduğunu ifadə edən Hızlan belə davam etdi: "Yetkinlikdə insan həyat yoldaşına, dostlarına və ya idarəçilərinə ən sadə şeyi belə deyə bilməyəcək hala gəlir. Beləliklə, münasibətlərində həqiqəti dəyərləndirmək əvəzinə, beynindəki ssenarilər əsasında münasibətlərini yönəldirlər. Uğursuz əlaqə cəhdləri, atasının rəddedici, uzaq, sevgisiz rəftarına məruz qalan uşaqlar yetkin yaşda heç kimə güvənməyərək insanlara qarşı uzaq münasibət göstərə bilərlər. 

Cismən olmayın

Uşaqlarınızın həyatında aktiv rol alın. Uşağınızla ünsiyyətə açıq, yaxşı və pis gündə yan-yana, sevgi və qarşılıqlı hörmətə əsaslanan bir münasibət qurmağa çalışın. Onların zehnində həmişə işləyən və evə gec gələn ata kimi yer tutmayın. Avtoritar olmaq qorxutmaq demək deyil. Münasibətlərinizdə qorxuya yol verməyin. Övladlarınızın həyatına qarışmayın, xüsusilə, onlar böyüdükdən sonra böyüklər öz həyatlarına özləri qərar verməlidirlər. Həmçinin, bunu da fikirləşin ki, işləyib evə pul gətirmələri onların tək başına "yaxşı" ata olduqları demək deyil. Bu barədə düşünün.

Mənbə: Aksam.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et