Bu gün:

Kişilərin yalan danışdığını göstərən 5 əlamət


Münasibətlərdə dürüstlük çox vacibdir. Cütlüklər bir-birinə güvənmək və rəvan münasibət qurmaq üçün dürüst olmalıdırlar. Ancaq münasibətlərdə, xüsusən də tanışlıq dövrlərində kişilər bəyəndikləri insanı əldə etmək üçün yalan danışa bilirlər. Əgər kişilərin yalan danışdığını müəyyən etməyin yollarını axtarırsınızsa, bu məsləhətləri mütləq nəzərdən keçirin.

Münasibətlər inam, sevgi, hörmət və dürüstlük üzərində qurulur. Cütlüklərin bir-birlərinə tam etibar etmələri üçün hər şey haqqında dürüst danışmağı bacarmalıdırlar. Ancaq münasibətin başlanğıcında kişilər sevdikləri qadınları təsirləndirmək üçün bəzi yalanlar söyləyirlər. Bəyəndiyiniz və ya birlikdə olduğunuz kişinin yalan danışdığını öyrənmək istəyirsinizsə, bu məsləhətlərə diqqət yetirin!

1.Qapalı danışmaq

Həyatınızdakı kişi daim diqqətinizi yayındıran açıqlamalar verirsə və onun haqqında çox az təfərrüat paylaşırsa, yalan danışa bilər. Diqqətinizi yayındırmaqla onlar vəziyyəti daha yaxşı nəzarət altında saxlayır və sizdən öz ehtiyacları üçün daha çox istifadə edə bilir.

2.Bəhanələr gətirmək

Kişilər bəzən tanışlıq dövrlərini çox uzun saxlaya bilirlər. Hətta bir münasibətə girməkdən çox çəkindiyini deyə bilirlər. Bir kişi sizi münasibətdə saxlamaq üçün bir çox bəhanə gətirə bilər. Amma insan həqiqətən bir şey istəyəndə bəhanəyə ehtiyac duymamalıdır.

3.Davamlı dəyişən fikirlər

Əgər zehni daim dəyişən bir insanla qarşılaşırsınızsa, o, nə istədiyini bilmir və sizə daim yalan deyir. Bir zamanlar sahib olduqları bir fikrə artıq əhəmiyyət vermirlərsə, yalan danışır deməkdir.Bəzi insanlar istəklərinizə inanmayacaq və hörmət etməyəcəklər. Buna görə də, sizi başqa cür inandırmağa çalışa bilərlər.

4. Manipulyasiya etmək

Onunla anlaşa bilməyəndə özünüzü təzyiq altında hiss edə bilərsiniz. Bu təzyiqin öhdəsindən gəlmək üçün qarşı tərəfin bütün istəklərinə boyun əyməli ola bilərsiniz.

5. Günahkarlıq hissi

Sağlam münasibətdə günah və emosional şantajın yeri yoxdur. Hissləriniz barədə açıq danışmalı və təhdidedici bir münasibət qurmamalısınız.

Mənbə: Posta Gazetesi

Tərcümə edən: Gülsər Qədirli


Paylaş
Şərh əlavə et