
1932-ci ildə icad edilən dünyanın ilk naviqasiya cihazı o dövrdəki texnologiya səviyyəsi ilə müqayisədə çox uğurlu bir ixtira idi. “İter avto” adlanan bu cihaz mühərriklə inteqrasiya olunmuş sistem sayəsində işləyib və yerinizi müəyyən edib. İndiki naviqasiya cihazları ilə müqayisə olunmayacaq qədər primitiv olsa da, o zaman belə bir ixtiranın edilməsi kifayət qədər təsirli idi.
Dünyanın ilk naviqasiya cihazı primitiv texnologiyaya malik olsa da, mühərrikin irəli və geri vitesdə tərs hərəkətləri sayəsində işləyirdi. Bu yolla indiki yerinizi müəyyən etmək mümkün oldu. Bununla belə, cihaz əl ilə idarə edilməli idi və siz istiqaməti çevirdiyiniz zaman naviqasiyada xəritəni əl ilə dəyişməlisiniz.
Bu gün naviqasiya texnologiyasından bütün dünyada geniş istifadə olunur. Peyk siqnalları sayəsində naviqasiya cihazları ilə dəqiq marşrut təyin etmək mümkündür. Bundan əlavə, smartfon və planşet kimi portativ qurğular da GPS texnologiyası sayəsində naviqasiya funksiyalarını təklif edir. Bu inkişaflar insanların səyahətlərini asanlaşdırır və dünyanı kəşf etməyi daha zövqlü edir.
Mənbə: 1inci.net
Tərcümə etdi: Nəzri Süleymanova
