Bu gün:

Nevroloq əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün hərkəsə əlçatan olan bir yol dedi


Nevroloq Ketrin Bure: "Soyuq suya dalmaq əhval-ruhiyyəni yaxşılaşdırır"

Avstraliyalı nevroloq Katherine Bure deyir ki, gündəlik buzlu suya dalmaq zehni lazımsız düşüncələrdən təmizləməyə kömək edir və əhval-ruhiyyəni yaxşılaşdırır. O, psixi sağlamlığı dəstəkləməyin bu və digər effektiv və əlçatan yolları haqqında “People” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, soyuq suyun psixi sağlamlığa müsbət təsirinin dəqiq səbəbləri hələ müəyyən edilməyib. Bununla belə, öz təcrübəsinə əsaslanaraq, o, bu təsiri effektivliyi baxımından inanılmaz hesab edir. Bure etiraf etdi ki, hər gün, hətta qışda belə, Sakit okeanda üzür. Onun sözlərinə görə, bu, ona ağır zehni işdən sonra zehnini “yenidən işə salmağa” və əqli aydınlığı bərpa etməyə kömək edir.

Burenin sözlərinə görə, təmiz havada gəzmək də ruh halına müsbət təsir göstərir. Həmkarları ilə apardığı araşdırmaya toxunan nevroloq təbiətdə cəmi 15 dəqiqənin əhval-ruhiyyəyə və öyrənmə qabiliyyətinə böyük təsir etdiyini bildirib.

Bundan əlavə, Bure narahatlıq hissləri ilə tez bir zamanda mübarizə aparmağın bir yolunu təklif etdi. Həddindən artıq narahatlıq anlarında o, öz nəfəsinizə diqqət etməyi tövsiyə etdi. “Onu idarə etməyə və ya dəyişdirməyə çalışmaq lazım deyil. Bir şey haqqında düşünmək əvəzinə, necə nəfəs aldığınıza və o anda bədəninizin nə hiss etdiyinə baxın”, - deyə, nevroloq izah etdi.

Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et