Bu gün:

Mənzil qiymətlərinin artmasında səbəb nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı iqtisadçı ekspert Xalid Kərimlidir. O, mənzil qiymətlərinin bahalaşmasından danışıb.


Azərbaycanda mənzil qiymətləri yenidən bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin birinci rübündə mənzil bazarındakı qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb. Bəs mənzillərin bahalaşmasının əsas səbəbləri nələrdir?

Mənzil bazarında qiymətlərin artmasının iki səbəbi var. Daha doğrusu, müəyyən səbəblər mövcuddur. Birinci istiqamətdə səbəblər xərclərin artımıdır. Yəni mənzil tikən bina inşaatçılarının xərcləri artır. Burada əsas məsələ torpağın qiymətinin artmasıdır. Əvvəllə müqayisədə tikinti normativlərinə daha ciddi riayət olunmasıdır. Bunların hamısı da tikinti normativlərinə ciddi riayət olunmağa, torpağın qiymətinin yüksəlməsi kimi məsələlər tikintinin xərcini artırır. Bununla paralel, materiallarının da tikinti materialının da qiyməti qalxır. Bu da təsir göstərir. Tikinti materiallarının qiymətinin qalxması həm pandemiyadan sonra ortaya çıxan inflyasiya proseslərinin nəticəsi oldu, həm də yolda meterialların daşınması zamanı qaydalar icra olunmağa başlayıb ki, maşınlar müəyyən normativlərə qədər yük götürsün. Əvvəllər bu normativlər icra olunmurdu. Daha sonra elə karyerlərdə qumun, çınqılın çıxarılması zamanı qaydalar sərtləşdirildi. Materiallar bahalaşdı, materialların daşınması bahalaşdı. Bu bir istiqamətdə səbəblərdir.

İkinci istiqamətdə səbəb tələblərin artmasıdır. Pis-yaxşı insanların gəlirləri artdı, əmək haqqı artırılması kimi inflyasiya insanların gəlirlərinin artmasında da rol oynadı. Bu da qiymətlərə təsir göstərdi. Burada iki əlavə məqam daha var. Birincisi, xaricdən gələn tələbdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əmlak bazarına da müəyyən qədər kapital axını formalaşdı. Rusiyada olan həmyerlilərimizdə əmlak bazarına maraq oyandı. Digər bir məqam isə ipoteka kreativləşməsidir ki, ipoteka kreditləri daha çox son zamanlar verilir. Hətta kommersiya bankları öz daxili resurslarıyla ipoteka kreditləri verməyə başlayıblar və bu genişlənir. Bu da tələb tərəfdən qiymət artmasına rol oynadı. İpoteka krediti verilir, mənzil bazarında aktivlik yaranır və qiymətlər qalxır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et