Bu gün:

Robotlar insanları əvəz etsə, nə baş verər?


İnsan əməyinə ehtiyac duyulan bir çox sahələrdə robotlar bizim yerimizi tuta biləcək. Bu vəziyyət elm və akademiya aləmində müzakirə olunan və bəyənilən bir baxışı əks etdirir. Ancaq başqa bir sual olaraq özümüzə bunu verə bilərik. Niyə maşının yerimizi almasından narahat oluruq?

Buxar texnologiyalarının ilk ortaya çıxdığı dövrlərdə buxar maşınları insan və heyvan gücünü əvəz etdi; Traktorlar, qatarlar, avtomobillər və s. daxil olmaqla texnologiyalar üçün eyni narahatlığı yaşamışıqmı? Bunun müəyyən insan qrupları tərəfindən yaşanması normaldır. Bəs o, kütləvi şəkildə belə bir sual işarəsinə çevrilibmi? Vaxta və enerjiyə qənaət etdi, iqtisadi artıma çevrildi. Bəs indiki narahatlığımızın mənbəyi nədir, oxuduqlarımızın və eşitdiklərimizin bizə asanlıqla təsir etməsidirmi? 

Robotların insanların edə biləcəyi daha mürəkkəb işləri yerinə yetirmək üçün hələ o qədər inkişaf etmədiyini söyləmək olar. Xüsusilə insana xas zəka, empatiya, yaradıcılıq və mürəkkəb problem həll etmə bacarıqları kimi insan xüsusiyyətləri tələb edən vəzifələrdə robotların insanları tamamilə əvəz etməsi çox çətin görünür.

Mənbə: Apolitik

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et