Futbol sadəcə bir oyun deyil, onun öz ritualları və həyatda füsunkar təsiri var. Onu valeh edən şeylərin arxasında yatan səbəblər insan şüurunda sədaqət və qərəzlilik hissləridir. Bu gün milyardlarla dollarlıq sənayeyə çevrilən futbol bütünlüklə insan duyğuları üzərində qurulan və kütlələri özünə cəlb edən bir fenomendir. Bu fenomenin kütlələrə təklif etdiyi bir çox funksiyalar var.
Əyləncəli vaxt keçirmək
Hazırda tamaşaçılar və azarkeşlər futbolun rəqabət xarakterini əyləncəli hesab etdikləri üçün futbola əyləncə sahəsi kimi yanaşırlar. Eyni zamanda, Messi və Cristiano Ronaldo kimi peşəkar futbol ulduzlarının həyatında jurnal hadisələrini əyləncəli şəkildə araşdıran idmansevərlər futbolçuları günümüzün rok ulduzları kimi mövqeləndirir və onlara heyran qalırlar.
Sıx iş həyatından uzaqlaşmaq
Futbolsevərlər dünyanın ən böyük liqalarından tutmuş yerli turnirlərə qədər demək olar ki, hər bir oyuna KİV vasitəsilə əldə edə bilərlər. Xüsusən də böyük liqaların oyunlarının axşam saatlarında oynanması gərgin şəhər həyatında çalışan insanların futbolu 90 dəqiqəlik qaçış kimi qəbul etmələrinə səbəb olur.
Psixoloji və fiziki rahatlığın təmin edilməsi
Futbolun sehri müxtəlif sosial təbəqələrdən olan fərdləri ortaq kimlik ətrafında birləşdirə və bu təbəqələrə psixoloji və fiziki rahatlıq verə bilər. Futbol cəmiyyətlərin sənayeləşməsinin yaratdığı siniflər arasında pozulmuş ünsiyyəti bərpa edən ümumi dilə çevrilmiş və birləşdirici rolu ilə psixoloji dəstək mexanizminə çevrilmişdir.
Mənbə: qnetturkiye.blog
Tərcümə etdi: Aminə Paşazadə
