Bu gün:

Romada respublika dövrünə necə son qoyuldu?


Avqust romalılara dedi ki, Romanı xilas edə biləcək yeganə şəxs odur. Və hamı ona inanırdı.

Oktavian Avqustun heykəli

Siyasi normaların pozulduğu bir ölkə təsəvvür edin. Senatorlar hökumətin hər hansı bir iş görməsinə mane olmaq üçün zərərli arqumentlərdən istifadə edirlər. Avtokrat seçkiləri saxtalaşdırır və hökumət üzərində tam nəzarəti ələ alır. Daha qəribəsi odur ki, bir çox seçici avtokratın şəxsiyyət kultuna qoşulur və onun mütləq nəzarətə malik olması ilə razılaşır. 

400 ildən artıq mövcud olan respublika nəhayət ki, çıxa bilmədiyi böhrana girdi. Roma özü yıxılmayacaqdı, amma bu dövrlə respublikasını həmişəlik itirdi.

Roma respublikasının məhv olmasında ən böyük rolu olan şəxs eramızdan əvvəl 27-ci ildə özünü Romanın ilk imperatoru edən Oktavian Avqust. O vaxta qədər respublikanın siyasi normaları bir əsrə yaxındır ki, pisləşirdi və Avqust bundan istifadə etmək iqtidarında idi və etdi.

“Mortal Republic: How Rome Fell Into Tyranny” adlı kitabın müəllifi Edvard J. Uotts deyir ki, "Həmin əsrə qədər respublikanın həqiqətən uzun müddət işlədiyi dövr olub. Siyasi normalara diqqət yetirildi; və hökumət yeni problemlə üzləşdikdə, işləməyə davam etmək üçün özünü düzəldərdi. Cümhuriyyət 300 ildən artıq belə işləmişdir. Heç bir siyasi zorakılıq, torpaq oğurluğu və ya ölüm cəzası yox idi, çünki bu, Roma tərəfindən müəyyən edilmiş siyasi normalara ziddir."

Sonra eramızdan əvvəl 133-cü ildə Roma respublika tarixində ilk siyasi qətli yaşadı. Senatorlar, torpaqları yoxsullara yenidən bölüşdürmək istəyən seçilmiş məmur Tiberius Qrakxın tribunda plebis kimi ikinci müddətə namizəd olmasından qəzəbləndilər. Tiberiusun tərəfdarları ilə əleyhdarları arasında gedən döyüşdə senatorlar onu taxta stullarla döyərək öldürdülər və 300-ə yaxın davamçısını öldürtdülər.

Tiberi Qay Qraxk qardaşları

Eramızdan əvvəl 80-ci illərdə siyasi müttəfiqlərin insanların torpaqlarını oğurlamağa və düşmənlərini öldürməyə başlaması ilə siyasi zorakılıq daha da artdı. Eramızdan əvvəl 44 cü ildə Qay Yuli Sezar böyük qardaşı tərəfindən Roma konstitusiyasına zidd olaraq Yuli Sezarı ömürlüq diktator elan etdikdən sonra Qay Yuli Sezar öldürüldü.  

Roma Senatında Yuli Sezarın ölümü.

Bu dövrdə qeyri-zorakı siyasi disfunksiya da artdı. Eramızdan əvvəl 60-cı illərdə gənc Kato adlı senator Senatın illərdir bəyənmədiyi qanun layihəsinə səs verməsinin qarşısını almaq üçün daimi və lazımsız prosedur gecikmələrindən istifadə edirdi. Digər senatorlar Katonu vicdanlı lider kimi gördükləri üçün bu proesə qoşuldular.

Eramızdan əvvəl 59-cu ildə Katonla işləyən konsullardan biri hətta hər günü dini bayram elan edərək bütün dövlət müəssisələrini il boyu bağlamağa cəhd etdi. (Roma Respublikasında tanrıların qəzəbləndiyini söyləmək tətil elan etmək və səsverməni təxirə salmaq üçün məqbul səbəb idi.)

Bəs niyə bu siyasətçiləri öz çirkin əməllərinə görə cəzalandırmaq üçün kimsə işə qarışmayıb? Watt'a görə; “Əgər siz respublikanızın əbədi qalacağına inanırsınızsa, o zaman çox vacib bir məsələyə üç il səs verməmək kimi səhvlərə yol verilsə belə, bunda mütləq problem görmürsünüz.

Roma böyüdükcə, fəaliyyətini davam etdirmək üçün vaxtaşırı öz respublikasına düzəlişlər edirdi. Lakin Catonun dövründə respublika o qədər uzun müddət ərzində o qədər yaxşı fəaliyyət göstərmişdi ki, bir çoxlarını təəcübləndirdi

Avqust təbəələrinin status-kvodan travma aldığını başa düşdü. Uottsa görə, Avqustun qalibiyyət taktikası qanunun aliliyinin bərpa olunacağına və heç kimin səbəbsiz yerə edam edilməyəcəyinə və heç kimin əmlakının oğurlanmayacağına söz vermək idi. Siyasi azadlıq kimi gördüyümüz şeylərə sahib olmaq hüququ müqabilində bunu qəbul etməyə hazır olan çoxlu insanlar var idi.

Başqa sözlə, bir çox Romalılar üçün Avqustun sülhü qoruduğu müddətcə ali nəzarəti öz üzərinə götürməsi əlverişli idi, hətta indi yalnız onun düzəldə biləcəyini iddia etdiyi zorakılığa və əmlakın oğurluğuna faktiki töhfə verməsi bir yana qalsın. Padşahlığının ilk beş ilində Avqust öyünərək dedi: “Mən öz imkanlarımdan istifadə edərək bütün insanları qorxu və təhlükədən xilas etdim”.

İmperator vəzifəsindən əlavə, Avqust iki konsuldan biri kimi də xidmət edirdi. Konsulluq vəzifəsi texniki cəhətdən Romada ən yüksək seçilmiş vəzifə idi, lakin Avqust dövründə seçkilər azad deyildi və o, hər il "qalib gəlirdi". Azad Roma kişiləri hələ də digər seçilmiş məmurlara səs verə bilərdi (səs verə bilməyən azad qadınlar və qullardan fərqli olaraq), lakin problem var idi.

Watts qeyd edir ki, Avqust onları dəstəkləməsəydi, heç kim seçkiyə girməzdi. Odur ki, Avqusta qarşı namizəd kimi iştirak etmək həqiqətən mümkün deyildi.

History Magazine. 1 Avqust 2019.

Mənbə: arkeofili.com

Tərcümə etdi: Amin Həsənli



Paylaş
Şərh əlavə et