Bu gün:

Göy harada bitir?



Səma dəniz səviyyəsindən təxminən 67 mil yüksəklikdə olan Karman Xəttində bitir. Bu xəttin üstündə boşluq başlayır. Ancaq texniki olaraq, oksigen qalmayana qədər atmosfer və ya göy incələşdiyi qədər səma bitmir.

“The Guardian” yazır ki, səmanı kosmosdan ayıran əsas amillərdən biri insanın bu qədər hündürlükdə olması üçün kosmik gəmiyə ehtiyacı olmasıdır. Bu xəttin altında təyyarələr lazımdır.

Səma və ya atmosfer bu planetdə həyatı dəstəkləyən qaz təbəqələrindən ibarətdir. Oksigen təkcə həyatın bir çox formaları üçün lazım deyil, həm də atmosfer Yeri günəşin tam gücündən qoruyur. Atmosfer ilk növbədə oksigen, karbon qazı, azot, arqon, az miqdarda digər qazlar və su buxarından ibarətdir. Bu su buxarı Yerdəki su dövranının və həyatın davamlılığı üçün lazımdır. Bu qazlardan azot və oksigen ən böyük faizi təşkil edir.

Atmosfer beş təbəqəyə bölünür: ekzosfer, termosfer, mezosfer, stratosfer və troposfer. Troposfer və ya atmosferin birinci təbəqəsi həyatın ən çox baş verdiyi yerdir. Ekzosfer atmosferin ən nazik və ən xarici təbəqəsidir.

Tərcümə: Günay Ələsgərova

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et