Bu gün:

Çox gəzən çox bilər, yoxsa çox oxuyan?



Çox gəzən, yoxsa çox oxuyan çox bilər?

Bu ifadəni uşaqlıqdan eşidirik. Sanki ikisi arasında seçim etməliyik.

Məsələnin həqiqəti budur: Gəzdiyiniz yerlər vizual yaddaşınıza həkk olunduqca, xatirələriniz kimi həmişə təzə və canlı qalır. Hər dəfə bu haqda danışmağa başlayanda gözlərin parıldayır, getdiyin yerləri xatırlayır və yenidən ora gedirsən. Oxuyaraq öyrəndiyiniz yerlər görmədiyiniz, amma oxuyaraq öyrəndiyiniz, yaşayaraq yaşamadığınız, yaddaşınızda vizual yeri olmayan yerlərdir. Bu səbəbdən səyahət daha çox iz buraxır.

Bacardığınız qədər oxuyun və bacardığınız qədər səyahət edin. Çox oxumaq və çox səyahət etmək sizə dünyanın ən gözəl təcrübələrini yaşadacaq. Oxuduğun hər kitabla başqa xəyallara dalırsan, səyahətə can atırsan. Getdiyin yerlər səni tamam başqa insana çevirir.

Dünyanın ən böyük səyahət təcrübəsi paylaşma saytlarından biri olan TripAdvisor 2022-ci ilin ən yaxşılarını seçdi. Orada olmuş, orada yaşayan və hər dəqiqədən həzz alan səyahətçilərin fikrincə, dünyanın ən yaxşı təcrübələrinin siyahısı buradadır.
Açıq qayıqla kanal turu - Amsterdam, Hollandiya
Kanalları ilə məşhur olan Amsterdamda qaçırılmaması lazım olan tək şey kanal turlarıdır. Bu, şəhərin görməli yerlərini kəşf etməyin ən unudulmaz yollarından biridir. Gedənlərin şərhlərinə görə, son dərəcə əyləncəli, ödənilən hər qəpiyə layiq olan məlumatlandırıcı tədbirdir. Bələdçi və kapitan kanal boyunca hərəkət edərkən Amsterdam haqqında çox yaxşı məlumat verirlər.
Şəhər və Beatles turu - Liverpul, Böyük Britaniya
Liverpool dedikdə ağlınıza Beatles gəlir. Lakin Liverpul Beatles-dən qat-qat üstündür. Liverpoola gedirsinizsə, 3 saatlıq Beatles turuna getməyi unutmayın. Səyahətçilər üçün bu tur şəhər haqqında çox məlumatlandırıcı təcrübədir. Qrupun oynadığı klublar və şəhərin füsunkar tarixi haqqında çoxlu böyük və faktiki məlumatlar öyrənə bilərsiniz. Liverpulun gənc və müasir siması ilə vintage təsirlər buraxan Beatles mükəmməl harmoniya içərisindədir.
İntibah və Medici hekayələri - Florensiya, İtaliya
İncəsənət, tarix və mədəniyyətə olan ehtirasınızı sakitləşdirəcək bu cür təcrübədə Florensiya və Medici ailəsinin tarixi haqqında maraqlı hekayələri dinləyəcəksiniz. Bu turda 3 papanın əsərlərinə ev sahibliyi edən İntibahın Paytaxtı Florensiya, çoxlu Florensiyalı hökmdarlar və kral ailəsi yetişdirən Medici ailəsi, Leonardo Da Vinçi kimi bir çox rəssam və ustadın əsərləri ilə bağlı hər şeyi tapa bilərsiniz.
Desert Safari - Dubay, Birləşmiş Ərəb Əmirlikləri
Dubay tətilinizin ən yaxşı günü olacaq səhra safarisinə nə demək olar? Bunun Dubayda ən yaxşı fəaliyyət olacağına mərc edirik. Safari 4x4 səhra turu, qumda gəzinti, ATV ilə səhra gəzintisi və s. daxildir. Səyahətçilərin şərhlərinə görə, bu safari heç vaxt unuda bilməyəcəyimiz bir səyahət olacaq, belə mükəmməl bir təcrübənin pulla ölçülməsi mümkün deyil.
Şimal dənizlərinə səyahət - Honolulu, Havay
Siyahımızı cənnət Havay adalarının mədəniyyəti, keçmişi və bu günü, Hanauma Körfəzində snorkeling haqqında çox şey öyrənəcəyiniz və heyrətamiz kəşflər edəcəyiniz bir səyahətlə davam edə bilərik. Havay adalarının paytaxtını da əhatə edən Oahu adası Havay adalarının ən çox ziyarət edilən və ən unikal adasıdır. Waimea bağları və şəlaləsi mütləq qaçırmaq istəmədiyiniz füsunkar bir yerdir. Səyahətçilərin rəylərinə görə, bu, hər dəqiqəsini sevəcəyiniz heyrətamiz bir təcrübədir.
Mənbə: Habertürk 
Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et