Bu gün:

Robotexnika nədir?


Robot termini slavyan dilində əmək və ya zəhmət mənasını verən “robota” sözündəndir. İnsanabənzər maşınlar üçün istifadə edilən “Robot” ilk dəfə çex yazıçısı Karel Çapekin (1890-1938) “Rossums Universal Robots” pyesində ortaya çıxdı. Elmi fantastika yazıçısı İsaak Asimov ilk dəfə 1942-ci ildə özünün "Qaçaq" hekayəsində robotlardan bəhs edib.

Avtomatik maşınların istehsalı arzusu və ideyası çox daha qədimlərə gedib çıxır. Leonardo Da Vinçi robot konstruksiyası üçün eskizlər və planlar hazırladı. İnsanlar həmişə tapşırıqları yerinə yetirə və ya onlarla qarşılıqlı əlaqə qura bilən maşınlar yaratmağa heyran olublar.

Thomas Christaller-ə görə, robotlar "insan imkanlarını genişləndirməyə imkan verən sensor mühərrikli maşınlardır" Robotlar mexatronik komponentlərdən, sensorlardan və kompüter əsaslı idarəetmə funksiyalarından ibarətdir.

Robotların bir çox fərqli vəziyyətlərdə istifadə edilməsi nəzərdə tutulsa da, bu gün daha çox təhlükəli missiyalarda, kosmosda, sualtı, yüksək temperatur və insanların yaşaya bilməyəcəyi radiasiya mühitlərində istifadə olunur. Robotlar bütün formalarda hazırlana bilər və bəzi robotlar insanlara bənzəyəcək şəkildə hazırlanır. Bunun robotların insanlar tərəfindən qəbulunu asanlaşdıracağı düşünülür.

Robotun əsas komponentləri hansılardır? 

Hesablama: Robotların müəyyən bir vəziyyətdə görəcəkləri hərəkətləri təyin edən nəzarətçilər adlanan mərkəzi emal bölmələri var.
Hərəkət: Robotlar insan operatorlarının fiziki müdaxiləsi olmadan sərbəst hərəkət etməyə imkan verən müəyyən mexaniki hissələr tələb edir, bu hissələrə hərəkət etməyə imkan verən təkərlər və onları hərəkətə gətirən mühərriklər kimi alətlər daxildir. Tutacaqlar kimi digər komponentlər onlara ətraf mühitlə birbaşa əlaqə qurmağa imkan verir.

Mənbə: karel

Tərcümə etdi: Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et