Bu gün:

Soul: Həyata baxışınızı dəyişdirə biləcək animasiya


Pixar-ın təqdim etdiyi yeni filmlərdən biri olan “Soul” filmi bir daha sübut edir ki, cizgi filmləri hər yaşdan insana xitab edə bilir. Monsters Inc , Up və Inside Out kimi uğurlu cizgi filmləri çəkən rejissor Pit Dokter tamaşaçıları hərəkətə gətirən və düşündürən bir film hazırlayıb. Adi bir uğur hekayəsini danışacaqmış kimi başlayan Ruh, birdən-birə tamaşaçını təəccübləndirən və həyatın mənasını sorğulayan fantastik bir filmə çevrilir.

Filmdə musiqi müəllimi Co öz ambisiyaları və arzuları istiqamətində caz pianoçusu olmaq üçün hərəkətə keçir. Bir gün o, bir caz qrupunun dinləmələrində iştirak edir və komandaya qəbul olunduğuna dair müsbət rəy alır. Bu vəziyyətdən hədsiz sevinən Co həyəcanla evə qayıdarkən kanalizasiya çuxuruna düşür və həyatı alt-üst olur. Gözlərini yenidən açdıqda özünü ruhlar aləmində tapan Conun əsl macərası əslində bundan sonra başlayır. Co dünyaya qayıtmağın yollarını axtarır, çünki onun arzuları və karyera planları yarımçıq qalmışdı. Bu prosesdə Co ruhlar aləmində "22" adlı bezdirici bir dost qazanır və dünyaya qayıtmaq üçün onunla əməkdaşlıq etməyə başlayır. 22, əbədi olaraq ruhlar aləmində qalmaq istəyən və heç vaxt yer üzünə getmək istəməyən biri olsa da, Co ilə görüşəndən sonra hər ikisinin həyatında böyük dəyişikliklər baş verir. 

Mənbə: The Magger

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et