Bu gün:

Yuxusuzluğun təsirləri


Araşdırmalar göstərir ki, yuxusuzluğun müddətini artırmaq bədəndə görülən simptomları da artıracaq. 

Yuxusuzluğun ilk 24 saatı ərzində bədənimiz əqli və fiziki yorğunluq hiss edə bilər. 38 saatlıq yuxusuzluq adlanan ikinci mərhələ insanlarda fərqinə varmadan 30 saniyəlik mikroyuxuya və qısa yuxuya səbəb ola bilər. Beyin daxilində ünsiyyət qurmaqda çətinlik olsa da, idrak performansları da ciddi şəkildə zədələnə bilər. İnsan üçüncü və dördüncü mərhələdə halüsinasiyalar görməyə başlasa da, dördüncü mərhələdə bu hallüsinasiyalar daha mürəkkəbləşə və qavrayışın əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər.

24 Saat Yuxusuzluqdan əziyyət çəkirsinizsə!

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, 24 saat yuxusuz qalmaq qanda 0,10 spirt səviyyəsinə bənzəyir. Bu uzun müddət oyaq qalmaq fərdlərin yuxululuq, əsəbilik, stress, şüur itkisi, konsentrasiyanın olmaması və tükənmişlik kimi daha yüngül simptomlar yaşamasına səbəb olur.

36 saatlıq yuxusuzluq qərar qəbul etməyi çətinləşdirə bilər.

Yuxusuzluq probleminiz 24 saatdan sonra hələ də davam edərsə, bədəndəki simptomlar artmağa başlayır. Güclü yuxu istəyi bədəni ələ keçirsə də, beynin hissələrinin bir-biri ilə ünsiyyət qurmaqda, məlumatı öyrənməkdə və istifadə etməkdə, qərar qəbul etməkdə və emal etməkdə çətinlik çəkməsinə səbəb ola bilər. Bundan əlavə, reaksiya müddəti əhəmiyyətli dərəcədə yavaşlaya bilər.

48 saat həddindən artıq yuxusuzluq adlanır.

Halüsinasiyaların meydana çıxmağa başladığı bu mərhələdə mövcud olmayan şeylər görülməyə, duyulmağa və hiss olunmağa başlaya bilər. Mikroyuxunun sayı daha da artır və depersonallaşma, narahatlıq, artan stress və əsəbilik kimi hallar yarana bilər.

Mənbə: blog.isbiryatak.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et