Bu gün:

Üzümüz duyğularımızı necə əks etdirir?


Üz ifadələri 1800-cü illərin sonlarından elmi ictimaiyyətdə maraq doğurmuşdur. Mövzunu araşdıran ilk elm adamları arasında məşhur nevroloq Guillaume Duchenne və geoloq Çarlz Darvin də var.

Darvinin “ İnsanlarda və Heyvanlarda Duyğuların İfadəsi” adı ilə türkcəyə çevrilən kitabı bu sahədə müasir tədqiqatlar üçün ən böyük ilham qaynaqlarından biri olmuşdur. Daha sonra psixoloq Silvan Tomkinsin başlatdığı və tələbəsi Paul Ekmanın davam etdirdiyi yeni nəsil tədqiqatları ilə duyğular və onların ifadəsi mövzularında böyük irəliləyişlər oldu.

Çarlz Darvinə görə, duyğular universal olaraq hiss olunur və ifadə olunur. Pol Ekman da Yeni Qvineyadan Argentinaya, Yaponiyadan Amerikaya qədər müxtəlif ölkələrdə apardığı təcrübələrlə 6 ümumi duyğu üçün bu universallıq ideyasını sübut etdi. Bu universal hisslər ikrah, təəccüb, qorxu, xoşbəxtlik, kədər və qəzəbdir. Xəcalət və həyəcan üzdə də ifadə oluna bilər, lakin bunlar üçün yuxarıda qeyd olunan altı sübut qədər möhkəm elmi dəlil yoxdur.

Ekmanın tapıntıları da göstərdi ki, emosiyaların ifadəsi zamanı bəzi mədəni fərqlər baş verir. Məsələn, yaponlar ətrafda başqa insanlar varsa, amerikalılardan daha çox emosiyalarını maskalayırlar; Amma emosiyalar üzlərində eyni şəkildə görünür və tək olduqları zaman da eyni dəqiqliklə ifadə olunur. 

Əksər insanlar bütün üzdə baş verən və 1-2 saniyədən çox davam edən mimikaları düzgün şərh edə bilirlər; Ancaq üzün bəzi nahiyələrində tez görünən və ya yoxa çıxan ifadələr yanıltıcı ola bilər. Ekmanın fikrincə, üzün bir hissəsi neytraldırsa və müəyyən hissələrdən istifadə olunursa, emosiya yüngül şəkildə hiss olunur, onu idarə etməyə cəhd edilir və ya saxta emosiya nümayiş etdirilməyə çalışılır. 


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et