Bu gün:

Sümük mütəxəssisi nə adlanır?




Dictionary.com-a görə, sümüklər üzrə ixtisaslaşmış həkim ortoped adlanır. Tibbi ixtisasın özü ortopediya adlanır. Bu söz ilk dəfə 1850-ci illərin əvvəllərində istifadə edilmişdir.

Britannica ensiklopediyasında ortopedlərin əzələlər də daxil olmaqla skelet sisteminin əlaqəli strukturları ilə də maraqlandıqları bildirilir. Ortopediyanın əsas vəzifəsi skelet sisteminin mümkün olan ən yaxşı funksiyasını qorumaq və bərpa etməkdir. Keçmişdə ortopedlər ilk növbədə sümük və əzələlərin travmatik zədələrini müalicə edirdilər. Müasir ortopediya sahənin genişlənməsini və skelet deformasiyalarının və degenerativ xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişləri müşahidə etdi. Ortopedlər xəstəlik nəticəsində zədələnmiş sümükləri qorumaq və funksiyalarını yaxşılaşdırmaq üçün sümük transplantlarından və süni plastik oynaqlardan istifadə edirlər.

Tərcümə: Günay Ələsgərova

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et