Bu gün:

Derealizasiya nədir?



Derealizasiya gerçək olmadığını hiss etmək vəziyyətidir. Bu vəziyyət insanda böyük narahatlığa və yuxuda yaşamaq hissinə səbəb olur.

Bu vəziyyət gündəlik həyatda bir çox insanın başına gələ bilər. Bununla belə, əhalinin yalnız 2%-i dissosiativ pozğunluq diaqnozu qoyulacaq qədər tez-tez bu vəziyyəti yaşayır. Bu pozğunluq insanların gündəlik həyatlarında funksionallıq səviyyəsinə mənfi təsir göstərə bilər. Bu pozğunluğu yaşayan insanlar, ümumiyyətlə, travmatik hadisələr və təcrübələr keçirmiş insanlardır. Bu pozğunluq epizodlar şəklində özünü göstərir və saatlar, günlər, həftələr, hətta aylarla davam edə bilər.


Simptomlar


•Dumanlı ətrafın illüziyası, yuxuda olmaq hissi

•İnsanla ətrafı arasında onu dünyadan ayıran görünməz bir divar, pərdə olması hissi

•Obyektlər ilə ətraf mühit bulanıq, rəngsiz, 2 ölçülü, süni görünür yaxud da hər şey olduğundan daha aydın və kəskin görünür

•Zamanın qavranılmasında səhvlər. Sanki keçmişdə baş vermiş bir hadisə çox yaxınlaşır

•Cisimlərin ölçüsü, forması və məsafəsi haqqında yanlış təsəvvürlər


Derealizasiyanın səbəbləri nələrdir?

Bu vəziyyətin dəqiq səbəbi hələ tam məlum deyil. Bununla belə, elm adamları müəyyən ekoloji və genetik şərtlərin bu pozğunluğa səbəb ola biləcəyini düşünürlər. Güclü stress və qorxunun epizodları tətiklədiyi təklif edilir. Emosional stressə səbəb olan uşaqlıq travmalarının və digər təcrübə hadisələrinin də bu vəziyyətə səbəb ola biləcəyi düşünülür.


Risk faktorları

•Uşaqlıq dövründə emosional zorakılığa və ya laqeydliyə məruz qalmaq

•Fiziki zorakılığa məruz qalmaq

•Məişət zorakılığının şahidi olmaq

•Ağır əlilliyi və ya psixi xəstəliyi olan valideynin olması

•Bir ailə üzvünün və ya yaxın dostunun gözlənilməz ölümü



Mənbə: evimdekipsikolog.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et