Bu gün:

Türk hamamından duşa: Zamanla dəyişən vərdişlərimiz


Əsrlər boyu insanlar hamamlardan istifadə ediblər. Ancaq müasir dövrdə bu ənənəvi məkanlar duşlarla əvəz edilmişdir. İnsanlar ictimai hamamlardan sosiallaşmaq, dincəlmək və əylənmək üçün istifadə ediblər. Ancaq müasir dövrdə bu ənənəvi məkanlar tədricən daha praktik duşlarla əvəz edilmişdir. Duşların istifadəsinin asanlığı və səmərəliliyi şübhəsizdir; Bəs duşlar sağlamlıq baxımından da daha yaxşıdır? 

Orta yaşlı insanlar üçün gün duşsuz keçmir. 2021-ci il ictimai sorğusuna görə, ABŞ-da böyüklərin 60℅-dən çoxu gündə ən azı bir dəfə, hər dəfə orta hesabla 8,2 dəqiqə duş qəbul edir. İndiki zamanda vazkeçilməz olan duşlar əslində bəşər sivilizasiyasına yeni girmiş bir tətbiqdir. Təxminən eramızdan əvvəl 3000-ci ilə qədər qeydə alınan bəşəriyyət tarixinin çox hissəsi üçün dəlillər ictimai hamamların gündəlik həyatda mərkəzi rol oynadığını göstərir. 

Qədim yunan hamamlarından tutmuş Yapon hamamlarına qədər bütün sosial təbəqələrdən olan insanlar hamamlara toplaşır, idman edir, təmizlənir və ictimailəşirdilər. İndiki vaxtda insanlar hamamda deyil, tək başına duş almağa üstünlük verir, ünsiyyət və istirahətdən daha çox səmərəliliyi üstün tuturlar. Ancaq duş qəbul etmək nə qədər radikal görünsə də, sağlamlıq baxımından bu praktikaya mütləq üstünlük vermək lazım deyil. Mütəxəssislər hamam mədəniyyətinin təkamülünü və bu prosesdə qazanılan və itirilənləri qiymətləndirirlər.

Minlərlə illik hamam Həyatın mərkəzi hissəsi olan çimmək təcrübələri tarix boyu dəyişən şəxsi qulluq və sağlamlıq ideallarını əks etdirir. Qədim dövrlərdə, xüsusən də Roma İmperiyasında çimmək demək olar ki, tamamilə dövlət işi idi. Yalnız ən varlıların öz şəxsi hamamları var idi, digərləri isə adətən böyük hamam komplekslərində baş tutan masajlar, kitabxanalar, hətta yemək və içki kimi xidmətlərin də daxil olduğu ümumi hamamlarda iştirak edirdilər. 

“Təmizlənməmiş tarix” kitabının müəllifi Ketrin Aşenburqun fikrincə, qədim yunanlar üçün çimmək çox vaxt dini mərasimlərdən və ya qonaqları əyləndirməkdən əvvəl özünü təmizləmək üçün ritualistik bir hərəkət idi. Ənənəvi yapon üslublu hamamlar həm müalicəvi, həm də dini məqsədlər üçün, daha sonra isə ictimai toplaşma yerləri kimi istifadə edilmişdir. Rus “banyaları” və türk hamamları da tarixən mühüm ictimai və dini fəaliyyət mərkəzləri olmuşdur. Aşenburq deyir ki, çimmək heç də həmişə insanların şüurunda təmizliklə bağlı deyil. “Bəzən belə fikirləşirdilər ki, suya girmək nəinki təmizliyə heç bir fayda vermir, həm də sağlamlıq üçün təhlükəlidir”. Məsələn, taun zamanı hamamlar bağlanırdı, çünki orta əsr avropalıları məsamələrin isti su ilə açılmasının vəbanın dəriyə nüfuz etməsinə imkan verəcəyinə inanırdılar. Yale Universitetinin müəllimi, həkim, “Təmiz dərinin sirri” kitabının müəllifi Ceyms Hamblinə görə, bu fikir yanlış olsa da, hamamlarda gigiyena ilə bağlı çatışmayan cəhətlər var idi. Qədim hamamlarda suyun səthində palçıq təbəqələrini var imiş. Beləliklə, nəinki təmizlənə bilir, hətta özünüzü patogenlərə məruz qoya bilərdiniz. 

Yuyunmada yeni dövr

1800-cü illərin ortalarından Böyük Britaniya şəhərlərində əsasən yoxsullar üçün hamam və camaşırxanalar tikilməyə başlandı. Bənzər bir fenomen tezliklə ABŞ-da, xüsusən də santexnika hələ də əlçatmaz olan və immiqrant əhalisinin sürətlə artdığı Nyu-Yorkda ortaya çıxdı. İlk dəfə Avropa hərbi və sənaye işçiləri üçün istifadə edilən erkən duş olan “yağış hamamı”nın inkişafı ilə ictimai sağlamlıq və kütləvi gigiyena haqqında yeni bir baxış ortaya çıxdı. Böyük, dəbdəbəli, ictimai hamamların vaxtı geridə qaldı. “Yağışla üzgüçülük” kosmosda yer tutması, su, yanacaq və sərfəli qiymətə görə üstünlük verilən çimmək üsuluna çevrilib. İnsanlar evlərinin içərisində santexnika qurmağa başlayanda, şəxsi vannalar və duşlar getdikcə daha çox yayılmış və nəticədə normaya çevrilmişdir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et