Bu gün:

Kosmik turizm nədir?


Kosmik turizm nədir?

Kosmik turizm sözün əsl mənasında budur: insanlar Yerdən kənarda maraqlı bir məkanı ziyarət etmək üçün işlərindən və gündəlik həyatlarından uzaqlaşırlar. 21-ci əsrin əvvəllərində hökumət tərəfindən təlim keçmiş ekspertlər və digər peşəkarlar tərəfindən kosmos uçuşlarının kommersiyalaşdırılması istiqamətində tendensiya yaranıb. Daha çox özəl şirkətlər kosmik səyahət texnologiyasını inkişaf etdirdikcə, mülki kosmik turizm ideyası tam reallığa çevrilə bilər. 2015-ci ilin fevral ayından etibarən 10-dan az kosmos turisti Beynəlxalq Kosmik Stansiya kimi yerlərdə yerləşdirilmək imtiyazına görə hər biri 10 milyon dollardan çox ödəyərək kosmosa uğurla səyahət edib. Özəl şirkətlər kosmik səyahətin qiymətini aşağı salmaq üçün tədqiqat və inkişaf üzərində işləyirlər, lakin bu, ictimaiyyətin əksəriyyəti üçün əlçatmaz olacaq. Virgin Airlines-i idarə edən eyni şirkətin bölməsi olan Virgin Galactic-ə məxsus bir servis 2014-cü ildə sınaq uçuşu zamanı fəza təhlükəsi və kosmos səyahəti riskini vurğulayaraq qəzaya uğradığında kosmos turizmi böyük fasilələrlə üzləşib.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et