Bu gün:

Sosial media insanları əvvəllər olmadığı qədər birləşdirir


Biz giflərin, memlərın, emojilərin və bitmojilərin geniş yayılmış populyarlığı mətn mesajlarının sadə mübadiləsindən vizual elementlərin yaranmasına qədər inkişafını izlədik. Əslində, qısa videoların paylaşılmasının artması ilə ənənəvi mətn daha lakonikşdi (Snapchat, Instagram stories və reels, Facebook stories və s.) və stenoqrafiya abbreviaturaları ilə müşayiət olunmağa başladı. 

Sosial media platformaları həyatımızı zəbt edib. "Statista"-nın araşdırmasına görə, 2023-cü ilin iyul ayına olan məlumata görə, 4,88 milyard insan və ya dünya əhalisinin 59,9%-i sosial mediadan istifadə edir. Facebook, X (keçmiş Twitter), Instagram və TikTok insanların hazırda dünyada necə əlaqə yaratdıqlarına dair yalnız bir neçə sadə nümunədir. Bu platformalar insanlara öz fikirlərini, şəkillərini və videolarını dostları və izləyiciləri ilə paylaşmağa imkan verir və dünyanı daha kiçik bir yerə çevirir. İnsanlar indi onlayn icmalar və şəbəkələr yaradaraq oxşar maraqları paylaşan başqaları ilə əlaqə saxlaya bilərlər. Bəzən səthi olsa da, bu ünsiyyət forması insanların əlaqəni itirdikləri və ya heç görüşmədikləri zaman bir-birlərinə qismən yaxın olmaqlarına kömək edir.

Mənbə: diacovertec

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et