Bu gün:

Bioloji silahlardan istifadəni qadağan edən qanun


Beynəlxalq ictimaiyyətdə I Dünya Müharibəsindən sonra kimyəvi və bioloji silahların istifadəsi qeyri-etik sayılmağa başladı. 1925, 1972 və 1993-cü illərdə bu silahların hazırlanması, istehsalı, yığılması qadağan edildi.

Biotexnologiyalardakı bugünkü irəliləyişlər, eləcə də təhlükəsizlik mühitindəki dəyişikliklər kimyəvi və bioloji silahların istifadəsinə dair uzunmüddətli məhdudiyyətlərə məhəl qoyula və ya eroziyaya məruz qala biləcəyi ilə bağlı narahatlığı artırdı.


Xəstəliyi zəhərləyən və yayan silahların yaradılması üçün elmdən və ya elmi nailiyyətlərdən sui-istifadə həmişə ictimai şüurda həyəcan və nifrət doğurmuşdur. BQXK 1918-ci ilin fevralında etdiyi müraciətdə belə silahlardan istifadənin ictimai dəhşətini ümumiləşdirərək belə sialhları “yalnız cinayət adlandırıla bilən barbar ixtiralar” kimi səciyyələndirdi. Əsrlər boyu bu cür silahlara qarşı tabular var idi, lakin bu narazılıqların ilk qanuni əsası 1925-ci il Cenevrə Protokolunda əksini tapdı. 


İkinci Dünya Müharibəsinin böyük insan itkisinə və dağıdıcılığına, bəşəriyyətə qarşı törədilmiş cinayətlərə baxmayaraq, əsas döyüşçülər bir-birinə qarşı kimyəvi və ya bioloji silahlardan istifadə etməyiblər.


1925-ci ildən bəri baş vermiş yüzlərlə silahlı münaqişənin demək olar ki, hamısında Protokola hörmət edilsə də bir neçə tanınmış və səs-küylü pozuntular geniş beynəlxalq qınaqlara və bəzi hallarda cinayət təqiblərinə gətirib çıxarıb.


Kimya sahəsində nailiyyətlər bəşəriyyətə fayda gətirə bildiyinə görə, Konvensiya bütün dünyada kimya sənayesinin inkişafına həm kömək, həm də ona nəzarət edir.


Beynəlxalq yoxlama tədbirləri Haaqada yerləşən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının məsuliyyətidir. O, Konvensiyanın müddəalarının həyata keçirilməsində dövlətlərə texniki yardım göstərir. Hər bir dövlətdən həmçinin əlaqəni və icranı təmin etmək üçün milli orqan yaratması tələb olunur.


Kimya və biologiya elmlərində böyük irəliləyişlərin gətirdiyi həm xeyir, həm də zərər üçün böyük potensial, kimyəvi və bioloji silahların yaradılması üçün bu nailiyyətlərdən sui-istifadə hallarına qarşı sayıqlığın həyati əhəmiyyət daşıdığını göstərir.

Mənbə: icrc.org

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et