Bu gün:

"Əgər "Xəzri" ilə qarşılaşsalar..."


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi "3 xallıq" podkast və "Xəzər TV" idman xəbərlərinin aparıcısı Əli Cəfərovdur. O, kişilər arasında keçirilən Azərbaycan Basketbol Liqasında komandaların çempionluq şanslarını dəyərləndirib.


- Azərbaycanda kişilər arasında keçirilən Basketbol Liqasında çempionluq şanslarını necə qiymətləndirirsiniz?

Müntəzəm mövsümün sonuna yaxınlaşırıq. Artıq pley-off və ümumi şanslar barəsində müəyyən fikirlər söyləmək olar. İlk 2-ci pillədən "4-lər finalı"na vəsiqə əldə edəcək kollektivlər bir qədər çox istirahət edib və eyni zamanda məşq edəcəklər. Bu komandalar bu baxımdan daha üstün hesab oluna bilər. Bunlar "Sabah" , "NTD-İndiqo" və "Xəzri kollektivlərindən 2-si olacaq. Amma digər kollektivlər keçid pley-off oyunlarında iştirak etmək məcburiyyətindədirlər. Bu bir qədər onların əlavə yüklənməsinə gətirib çıxaracaq. Ümumi olaraq şansları dəyərləndiririksə, "Sabah" həm baş məşqçisi Rimas Kurtinaytesə, həm də təcrübəli yerli və legioner oyunçularına görə yenidən ölkə çempionu ola bilər. "Ntd-İndiqo" da nizam-intizam və eləcədə oyunçuları baxımından güclü kollektivdir. "Xəzri" Amil Həmzəyevin zədəli olduğu və ya az oynadığı qarşılaşmalarda zəif təsir bağışlayıb. Bu baxımdan komandanın çempionluğu bir qədər şübhə doğurur. "Xırdalan" bu mövsüm istənilən komandanı məğlub edə biləcək gücdədir. "Neftçi"ni 2 dəfə məğlub etməklə, "Sabah"ı məğlub etməklə və digər çətin oyunlardan qalib ayrılmaqla mövsüm ərzində bunu sübut edib. Ardıcıl qələbə seriyası yaxalamışdı. 6-cı turdan sonra mükəmməl performans göstərirlər. Orada bir komanda ruhu var. Müəyyən hallarda düşüşlər oldu. Amma ümumi olaraq hazırda komanda yaxşı durumdadır. Neftçi ilə qarşılaşma bunu sübut elədi. Teyvan Körk və Jakovi Arçi ikilisi mükəmməl oynuyurlar. Bu ikili və yerli basketbolçularında əzmkarlığı nəticəsində onlarda müəyyən mənada çempionluq deməyək amma keçid pley-off oyununu uğurla adlaya bilərlər. Ən azı "4-lər finalı"na gedə bilərlər. Digər məsələlərə gəldikdə "Neftçi"nin bu mövsüm komanda və baş məşqçilər korpusu ümumiyyətlə çox yaxşıdı amma yerli ən yaxşı oyunçularda orda var. Yerli baxımından Kamran Məmmədovu qeyd etmək olar. Əsas oyunçulardan biridir. Bu baxımdan onlarında şansı var. Kamran "Xırdalan"la matçlardam həlledici oyunçu ola bilər. Onlarında şansını "4-lər finalı"na qədər görürəm. Yəni "Xırdalan"la 50/50-ə görürəm bu qarşılaşmaları. "Sərhədçi" sürpriz komanda oldu. Evrən Alkayanın gəlişindən sonra çox yaxşı yüksəliş baş verdi. Kubokda yarı-final, "4-lər finalı"nda oynayacaqlar. Ölkə çempionatında da yarı-finala adlaya bilərlər. Amma onların rəqibi daha çətin olacaq. "Sabah, "Ntd-İndiqo" və "Xəzri". Bu üç komandadan biri. Əgər "Xəzri" ilə qarşılaşsalar son oyundakı böyük hesablı qələbə böyük fərqli qələbəni təkrarlaya bilməsələr belə bu oyundan qalib ayrıla bilərlər. Çünki "Xəzri" də qeyd etdiyimiz məsələlər var. Amilin zəif oyunu buna misaldır.

Nəcməddin Əliyev

Paylaş
Şərh əlavə et