Bu gün:

Floridada çox məşhur yerlər hansılardır?


Floridanın məşhur, görməli yerləri arasında Kennedi Kosmik Mərkəzi, Everqleyds Milli Parkı, Walt Disney World Resort və Florida Keys var. Digər məşhur yerlər Mayami, Discovery Cove və West Palm Beach-dir. Florida ştatı ABŞ-ın cənub-şərq sahilində yerləşir.•Walt Disney World Resort
1 oktyabr 1971-ci ildə Orlando Florida yaxınlığında açıldı. Park əvvəlcə Sehrli Krallıqdan, monorelsdən, düşərgədən və iki oteldən ibarət idi. Təxminən 11 il sonra Epcot Mərkəzi açıldı.

•Kennedi Kosmik Mərkəzi 1962-ci ildə Aya eniş proqramı çərçivəsində açılıb. Mərkəz Kanaveral burnunun yaxınlığında, Merritt adasında yerləşir. Kennedi Kosmik Mərkəzinin ziyarətçiləri kosmik proqramın keçmişi və gələcəyinin nümayişlərinə baxa bilərlər.

Yerləşdiyi yerə görə Floridada Daytona, Mayami və Fort Lauderdale daxil olmaqla bir çox çimərliklər var. Ziyarətçilər sahil boyu yerləşən qəşəng çimərlik mərkəzlərində vaxt keçirə bilərlər. Everqleyds Milli Parkı ştatın cənub bölgəsində, Quru Tortuqas Milli Parkı isə sahildən kənarda bir adada, daha cənubda ABŞ-ın ən cənub bölgələri olan Florida Keys və Key West yerləşir.

Mənbə: 411answers
Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et