Bu gün:

"Finalda hər şey baş verə bilər"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi 1NEWS.az-ın reportyoru Teymur Maksutovdur. O, kişilər arasında keçiriləcək Azərbaycan kubokunun final görüşündəki rəqiblərin şanslarını qiymətləndirib.

- Basketbol üzrə kişilər arasında keçiriləcək Azərbaycan kubokunun final görüşü "Neftçi-Xəzri" oyununda şansları necə dəyərləndirirsiniz?

Finalda şanslar adətən bərabər olur və bir oyunda hər şey baş verə bilər. "Neftçi" və "Xəzri" liqa oyunda tamamilə bərabər səviyyəli rəqiblərdir, amma kubokda iki amil oyunun taleyini həll edə bilər. Birinci amil "Xəzri"nin kapitanı Amil Həmzəyevdir. İkinci amil də fərqli limit. Amil artıq bir müddətdir ki zədəlidir, və son oyunlarda zədə ilə meydançaya çıxır. Bu da "Xəzri"nin oyununa birbaşa təsir edir və əgər çempionat oyununda 3 legioner hardasa onun yoxluğunu sığortalayır, kubokda isə bu mümkün deyil. Bu mövsüm biz dəfələrlə görmüşük ki, Amil oyunun kritik anında dəqiq atışlarla komandaya qələbələr qazandırır. Amma Amilin əli zədəlidir və atışları istədiyi kimi alınmır. Amil meydançada olmasa, "Xəzri"nin heç bir şansı olmayacaq. 

"NTD-İndiqo"ya qarşı yarımfinal oyununda Vüqar Məmişov bu mövsüm ən yaxşı performansını göstərdi. Amma obyektiv baxsaq, Vüqarın iki oyun ard-arda belə oyun göstərməsi inandırıcı deyil.  

"Neftçi"nin yerli oyunçuları daha səviyyəli görünür. Təbii ki, əgər söhbət kubokdan gedirsə. Kamran Məmmədov bəlkə hal-hazırda ölkənin ən yaxşı basketbolçusudur. Məncə, öndə "Neftçi"dir, amma finalda hər şey baş verə bilər.

Nəcməddin Əliyev 

Paylaş
Şərh əlavə et