Bu gün:

Güllərin rəngləri bizə nə demək istəyir?


Çiçəklər arasında ən çox bəyənilən və sevilən güllər rəng növləri və xüsusi mənaları ilə əsrlər boyu sevimli çiçək olmuşdur. Çiçəklərin xüsusi məna kəsb etdiyi nöqtədə tarixdə çoxlu əsərlər yazılıb.

Çiçəklərin mənası və dili ilə bağlı ilk yazılı araşdırmalara XVI əsrdə rast gəlmək mümkündür. Əslində, Osmanlıda bu sahədə yazılmış əsərlər günümüzə qədər gəlib çatmışdır. Əsrlər boyu qızılgül sevgi və ehtirasın simvolu olmuşdur. Aşiq sevgisini qırmızı qızılgüllərlə ifadə edib. Qızılgüllər həmişə şeirlərin, mahnıların mövzusu olub. 
Qızılgüllərin rənglərinə görə mənalarını belə izah etmək olar:

•Qırmızı qızılgül

Sevgini simvollaşdırır, "səni sevirəm" deməkdir. Sevginin, ehtirasın və romantikanın ifadəsi qırmızı güldür. Tünd qırmızı qızılgül möhtəşəm bir gözəllikdən danışır.
•Sarı gül

İkimənalı bir çiçəkdir. Bir dosta sarı qızılgül hədiyyə etmək güclü bir əlaqə və dostluqdan xəbər verir. Amma sevgiliyə sarı qızılgül vermək “qısqanclıq, ayrılıq, xəyanət və itirilmiş sevgini” simvollaşdırır.
•Çəhrayı gül

Mənası xeyirxahlıq və səmimiyyətdir. Çox tünd çəhrayı qızılgül isə təqdir, minnətdarlıq hissini ifadə edir.
•Ağ qızılgül

Məsumluq və saflığın simvoludur. Ağ qızılgül də dərin və səmimi hörməti ifadə edir.
•Narıncı qızılgül

Bu rəng gül minnətdarlıq hissini ifadə edir.

Mənbə: Hürriyet
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et