Bu gün:

Solaxayların beyni daha yaxşı işləyir?



Beyin 2 yarımkürədən: sağ və sol beyindən ibarətdir. Sol beyin insana bu işlərdə kömək edir: məntiq, riyaziyyat, faktlar, aydın obyektiv düşüncə və qərar qəbul etmək.

Sağ beyin daha vizual və intuitivdir. İnsanlar bəzən buna analoq beyin də deyirlər. Daha yaradıcı və daha az mütəşəkkil düşüncə tərzinə malikdir. Sağ beyin insana kömək edir: təxəyyül, vahid düşüncə, intuisiya, incəsənət, musiqi, emosional vizuallaşdırma, xəyal qurma.


Hər kəsin bildiyi kimi, beynin iki tərəfi fərqlidir. Hər iki tərəf fərqli fəaliyyət göstərsə də, birlikdə işləyir və bir-birini tamamlayır.

Ancaq insanın beyninin iki tərəfinin fərqli olduğu və beyninin müəyyən hissələrinin təcrübə sahələrinin olduğu bir həqiqətdir. Bəzi funksiyaların intensivliyi insandan insana dəyişə bilər. Son araşdırmalar göstərib ki, xüsusilə solaxay insanlar bəzi funksiyalar üçün beynin hər iki yarımkürəsini daha aktiv istifadə edirlər.

100 ildən artıqdır ki, insanların hansı əlindən istifadə etdiyini tədqiq edən elm adamları, əldən istifadənin insan beyninin fərqli şəkildə necə işlədiyinə dair çox şey ortaya çıxara biləcəyini ortaya qoyub. “İndependent” jurnalında yer alan xəbərə görə, bu mövzu ilə bağlı son araşdırmalar göstərib ki, solaxayların beyni sağ əllilərdən fərqli işləyir.

Onun sözlərinə görə, solaxay insanların sağ əllilərə nisbətən daha az beyin lateralizasiyası müşahidə edildiyi aşkarlanıb. Beynin lateralizasiyası insan beyninin sağ və sol yarımkürələrinin ayrı-ayrı funksiyalara malik olması deməkdir.

Araşdırmada sağ əlli insanlarda danışma tələb edən işləri yerinə yetirərkən beynin sol hissəsinin daha aktiv olduğu müəyyən edilib. Solaxaylarda isə sağ yarımkürədə daha çox aktivlik aşkar edilib. Bu, solaxayların dil qabiliyyətlərində daha çox bacarıqla əlaqələndirilirdi.

2010-cu ildə aparılan başqa bir araşdırma göstərdi ki, solaxaylar insanın üzünə baxarkən beynin hər iki hissəsindən aktiv şəkildə istifadə edir, sağ əllilərdə isə sifətin tanınması daha çox beynin sağ tərəfi ilə bağlıdır. Solaxayların beyinləri də məkan qabiliyyətləri baxımından daha inkişaf etmiş olur. Onların obyektləri kosmosda yerləşdirmək və ya marşrutları daha yaxşı izləmək qabiliyyəti daha təkmildir.

Tədqiqatçıların fikrincə, beynin lateralizasiyasındakı bu fərq solaxaylara qutudan kənarda düşünməyə və buna görə də daha yaradıcı olmağa imkan verə bilər. Beynin sağ tərəfi fərqli düşünmək və müəyyən bir problemə bir neçə fərqli həll yolu tapmaq qabiliyyəti ilə bağlıdır; bu bölgənin solaxaylarda daha çox aktivləşdirilməsi onlara problemləri daha yaradıcı şəkildə həll etməyə imkan verir.

Mənbə: Prof. Dr. Derya Uludüz

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et