Bu gün:

Ev heyvanları necə qidalanmalıdır?


24 media.az-ın "1 sual,1cavab" rubrikasının budəfəki müsahibi baytar Cəlal Məlikovdur. O, ev heyvanlarının qidalanması haqqında danışıb.

- Ev heyvanlarına ev yeməyi vermək nə ilə nəticələnə bilər?

Saxladığımız ev heyvanlarının qidalanması yaşına ve cinsinə görə dəyişir. Qidaları quru ve sulu formada olur. Daha çox quru qidalardan istifadə olunması məsləhət görülür. Sulu yemləri isə həftədə 2 və ya 3 dəfə verilsə, kifayət edir. Qida əlavələri verilə bilər, amma bunlar da ev heyvanlarının yaşına ve cinsinə görə dəyişir. Ev yeməkləri verilməməyi məsləhət görülür. Bu, bəzi cinslərdə allergiya, mədə bağırsaq sisteminin pozulmasına, tük tökülməsinə, inkişafdan qalmaya səbəb ola bilir. Ev qidası kimi toyuq ve balıq mənşəli olanlar daha çox allergiyaların yaranmasına səbəb ola bilir.

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et