Bu gün:

Hansı halda dişə vinir tətbiq olunur?


24 media.az-ın  "1 cavab,1sual" rubrikasının budəfəki müsahibi stamatoloq Aytəkin Həsənovadır. O, vinirlər haqqında danışıb.  

- Vinirlər hansı hallarda istifadə olunur və müddəti nə qədərdir?

Vinirlər əks göstərişlər nəzərə alınmaqla tətbiq olunur. Əgər dişlərin formasında cüzi dəyişiklik etmək lazım gələrsə, anadangəlmə anormal forma və ya dişdə hər hansı qüsur varsa, bu halda vinir tətbiq olunur. Digər faktor isə genetikdir. Anadangəlmə, sonradan qazanılmış dişin rəngində fərqlilik olur. Dişin rəngini dəyişməyə ehtiyac olduqda vinir tətbiq olunur. Dişin rəngini dəyişmək üçün bir çox metodlar var, bəzən pasientlər bu metodlardan istifadə etdikdə dişin vəziyyəti ağırlaşır. Diş sıralamasında anormallıq olduqda da vinirdən istifadə olunur. Əks göstəriş varsa, vinir tətbiq etmək olmaz. 

Vinirlərin beş növü var: kompozit, prefabrike, farfor, press-keramika, zirkon. Bunların hər birinin fərqli xüsusiyyətləri, müddətləri var. Ən uzun müddətlisi press-keramikadır. Burada pasientlər də çox böyük rol oynayır. Vinirlərin məqsədi dişlərə az zərər verərək maksimum dərəcədə estetik nəticə əldə etməkdir. Daha çox ön dişlərə tətbiq olunur. Xüsusi incə lövhəciklər şəklində hazırlanır, estetik bərpanın bir növü hesab edilir. Viniri 7-10 il arası istifadə etmək olar. Ağız gigiyenasına yüksək səviyyədə diqqət edilərsə, vinirin istifadə müddəti uzadıla da bilər. Keyfiyyətli keramikalı vinir parlaqlılığını itirmir, təbiiliyini, rəngini saxlayır. Siqaret, kofe, çaydan az istifadə etmək lazımdır. Yalnız keyfiyyətli keramikadan hazırlanan vinirə bu maddələr təsir edə bilmir. Diş öz canlılığını saxlayır. Xüsusi yapışdırıcı sementləri olur. Sementlərin öz-özünə çıxmağı, düşməsi mümkün deyil. Ancaq klinika şəraitində bu proses baş verə bilər. 

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et