Bu gün:

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməyə başlamalıdırlar?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı psixoloq Aytac Nağılı. O, uşaqların sosial şəbəkələrdən istifadəsi barəsində danışıb.


Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməyə başlamalıdırlar? 

Biz bu sualın cavabını, əslində, yetkinlik yaş dövrü deyə verməliyik, 16-17 yaşdan(gənclik və yetkinlik dövründən) etibarən sosial şəbəkələrdən istifadə mümkündür. Ancaq müasir dövrdə bu hal özünün əksini göstərir. 6, 8, 9 yaşlarında uşaqları görürük ki, onlar sosial şəbəkələrdən istifadə edirlər. Likee və digər platformalar var ki, burada uşaqlar tiktoka bənzər videolar çəkirlər. Bu norma kateqoriyasına girirmi? Müasir dövrün tələblərinə baxdığımız zaman istifadə edilir. Ancaq bu uşaqlara nə dərəcədə mənfi təsir edir? Müəyyən qorxular-bəyənilməmək qorxusu yarana bilir ki, bu da özgüvən əskikliyinə gətirib çıxarır. Uşaqlar dünyanı reallığı olduğu kimi alğılaya bilmədiklərinə görə, anlama qabiliyyəti inkişaf etmir. Uşaq platformada baş verən hadisələri, videorolikləri izlədiyi zaman özündə bir güvənsizlik, mənfi düşüncələr yaranır. Biz düşünürük ki, uşaqlarımızın az yaşlarında sosial şəbəkələrdən istifadəsi zamanı ciddi bir problem baş verməz.

Uşaq platformada müəyyən şəxsi videoların izləyir, artıq bir müddət sonra özü də o tipli video çəkməyə başlayır. Hər kəs sosial şəbəkələrdən istifadə etdikdə  qarşısına reklam çıxır. “Youtube”platformasında uşaqlar üçün müxtəlif reklamlar çıxır ki, bunlardan “Youtube KİDS” kimi məşhurları var. Uşaqlar “Youtube KİDS”-i bəyənmirlər. Bu halda valideyn də göz yumur ki, uşaq yaşından böyük videoçarxlar, reklamlar izləsin. Üstəlik telefon uşaqdadırsa, televizordan yox, telefondan “Youtube”a məruz qalırsa, bu uşağa daha da mənfi təsir edən bir vəziyyətdir. Uşaq həmin reklamlardan daxil olub oyun endirə bilir.

Günümüzdə biz görürük ki, uşaqlar valideynlərinin telefonlarına müxtəlif oyunlar yükləyir və telefonu özləri istifadə edirlər. Bu zaman uşaq müxtəlif informasiyalara məruz qalır və bu informasiyaların heç biri təhlükəsiz informasiya deyil. Uşaqlarımızda qorxular, fobiyalar yarana bilir, özgüvən əskikliyi mütləq şəkildə yarana bilir. Uşaq artıq dünyanı güvənsiz bir yer olaraq alıqılıyır, təhlükəsizlik alqısı pozulur. Və bu da uşaqda müxtəlif mənfi düşüncələrə səbəb ola bilir. Yəni davranış pozuntusu özündə başqa problemləri gətirə bilir. Təhlükəsiz görünən bir videorolik bir çox şeylərə səbəb ola bilir.

Uşaqlarımızı bu platformalardan kənarlaşdıra bilərikmi? Bu sualı dəqiq cavablaya bilmərik. Ancaq nəzarətimiz daim onların üzərlərində olmalıdır. Özümüzün tiktok və digər şəbəkələrdən uşaqlarımızın yanında istifadə etməyimiz düzgün hal deyil. Hər bir platforma bizim özümüzə məxsus bir alqoritm qəbul edir. Biz necə videolara baxırıqsa, uşağımızın qarşısına da o tip videolar çıxır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et