Bu gün:

Helium qazı nə üçün səsimizi incəldir?


Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir.

Yəqin ki, internetdə helium qazı ilə doldurulmuş şarı nəfəsinə çəkdikdən sonra səsi dəyişən insanları görmüsünüz. Bəs bu qazı ağciyərlərə çəkmək niyə səsimizi incəldir?

İçinə helium çəkən insanların səsləri çox gülməli şəkildə incə çıxır. Bu hal, səsin helium içində daha sürətli hərəkət etməsindən yaranır. Əslində səs ağır qazlara nisbətən yüngül qazlarda daha sürətli olur, çünki molekulların kütləsi daha az olduğundan rahat hərəkət edərək səs dalğalarının dəyişməsinə səbəb olurlar. Beləcə səsin sürəti helium qazında üç dəfə artır və səs incəlir. Bunun səbəbi də qazlar içindəki səsin sürətinin, qazın sıxlığı ilə tərs mütənasib olmasıdır. Helium da havadan çox daha az sıxlıqlı bir qaz olması səbəbindən (uçan balonları fikirləşin) helium içində səsin sürəti havadakına görə bir neçə qat daha çoxdur.

Səs tellərini hava yerinə heliumun titrəməsi və səsin helium içində daha sürətli olması səbəbi ilə, insanın səsi daha tez bir şəkildə çıxar.

Onsuzda, alınan helium, təkrar verildikdən sonra bu səs incəlməsi tez təsirini itirər. Bənzər şəkildə zəhərsiz olan SF6 qazını sormanız vəziyyətində isə, bu dəfə bu qazın havadan 5 qat daha sıx olması və bu niyyətlə səsin SF6 içində havadakından çox daha yavaş getməsinə görə bu dəfə insan səsi qalın çıxır. Ancaq bunu yoxlamaq istəsəniz sonrasında etməniz lazım olan vacib birşey var ki, SF6-nın havadan ən azı 5 qat daha sıx olmasından dolayı, ciyərlərdə qalmaması üçün dərin-dərin nəfəs alıb vermək lazım gəlir (Heliuma görə səs dəyişikliyinin daha uzun çəkməsinin səbəbi də budur). Unutmayın, CO2 də zəhərli deyil amma oksigen yerinə başqa bir qaz udmaq, zəhərli olmasada bu dəfə oksigensizlikdən dolayı narahat olmağınıza səbəb ola bilər.

Eləcə də havadan daha ağır bir qazı, məsələn, kükürd heksofloridi nəfəsinizə çəksəniz, səsininiz daha qalın tonda çıxar.

Mənbə: Britannica.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et