Bu gün:

Çörək istehsalında əsas xüsusiyyətlər


Qida sənayesinin mühüm sahələrindən biri çörək məmulatlarının istehsalıdır. Digər sahələrdən fərqli olaraq, iqtisadi bazardakı vəziyyətdən asılı olmayaraq, ona tələbat sabitdir. Çörək istehsalı rəvan aparılmalı olan mühüm fəaliyyətdir. Eyni zamanda, insanların ehtiyaclarını tam ödəməlidir.

Bildiyiniz kimi, çörək böyük çörək sexlərində hazırlanır. Bununla belə, heç bir halda iri müəssisələrdən geri qalmayan mini çörək sexlərinin sayının artmasını qeyd etmək olar.


Bir çox insanlar evlərinin yaxınlığındakı çörək sexində çörək və çörək məhsulları almağa üstünlük verirlər. Buna görə də, indiki zamanda, öz kiçik çörək zavodunuzu açmaq kimi bir iş seçimi olduqca məqbul sayılır.  Onlar həm ənənəvi çörək növlərini, həm də eksklüziv olanları istehsal edib sata bilərlər: meyvə və giləmeyvə ilə tortlar, kekslər, pizza və s. Ancaq, hazırda çörək sexləri müasir bazarın tələbatını ödəyə bilmir.

Bu sahədə biznes qurmaq avadanlıqların seçilməsi ilə başlamalıdır. Bu birbaşa istehsal dövründən asılıdır. Beləliklə, istehsal tam və ya natamam dövr ola bilər. Tam dövriyyədən danışarkən, unun süzülməsi, xəmirin yoğrulması, məhsullara uyğun forma verilməsi və s. kimi texnoloji prosesləri qeyd etmək lazımdır. Natamam dövrü nəzərə alaraq, dondurulmuş xəmirlə işləməkdən danışa bilərik.

Müəssisənin açılması müvafiq orqanlarda qeydiyyatdan başlamalıdır. Bütün lazımi icazələri aldıqdan sonra binaları hazırlamağa və avadanlıq almağa başlaya bilərsiniz. 

Çörək istehsalı ilə bağlı bir işə başlamaq üçün büdcəni hesablayarkən, birdəfəlik və aylıq xərcləri unutmamalısınız. Avadanlıqların alınması və təmir xərcləri ilə yanaşı, binaların istifadəsi üçün icarə haqqı, reklam, kommunal ödənişlər, işçilərin əmək haqqı, xammal alınması və s. də nəzərə alınması vacib məsələlərə daxildir. 


Mənbə: dvayarda.ru

Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et