Bu gün:

Çernobıl fəlakəti


1986-cı il aprelin 26-na keçən gecə V.İ.Lenin adına Çernobıl Atom Elektrik Stansiyasında (ÇAES) reaktor partladı. Bu fəlakət 20-ci əsrin, həmçinin nüvə enerjisitarixində ən böyük texnogen fəlakətlərindən biridir. 

Aprelin sonu Pripyat şəhəri üçün 1 May bayramlarına hazırlıq və nümayişlərlə yadda qaldı.  Karusellər işə başlamaq üzrə idi. Dönmə çarxı, mənzərəli şəhər üzərində maraqlı səyahətə başlamaq üzrə idi. Uşaqlar əyləncə parkının açılışını səbirsizliklə gözləyirdilər.

Heç bir problem əlaməti yox idi. İnsanlar həmişəki kimi işdən evə qayıdıb, ailəsi ilə vaxt keçirirdilər. Əslində, şəhər 1986-cı il aprelin 25-i, şənbə axşamı taleyüklü dönüş ərəfəsində idi. Bu hadisə də bir neçə saatdan sonra Çernobılda baş verən fəlakətlə bağlı olacaqdı.

Fəlakətin səbəblərini izah etmək üçün ən azı iki fərqli yanaşma var ki, onları şərti şəkildə rəsmi adlandırmaq olar. Dövlət Komissiyası günahı, əsasən, Çernobıl Atom Elektrik Stansiyasının rəhbərliyində, eləcə də onun operativ heyətində tapıb. Beynəlxalq Atom Enerjisi Agentliyi də bu fikri dəstəkləyib. Fəlakətin səbəbinin elektrik stansiyasının reaktorunun sınaqdan keçirilməsi qaydalarının təsadüfən pozulması olduğu və dəhşətli nəticələrin dördüncü reaktorun nizamlanmayan vəziyyətə gətirilməsi səbəbindən mümkün olduğu bildirilib. Eyni zamanda, SSRİ Gosatomnadzor tərəfindən yaradılmış komissiya 1991-ci ildə qəzanın anormal nəticələrinin reaktorun dizaynındakı pozuntular və Çernobıl AES-in istismarçı heyətinin hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəldi.

Qeyd etmək lazımdır ki, Çernobılda baş verən fəlakətdə Sovet Ordusunun əsgərləri fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında xüsusi qəhrəmanlıq göstərmişlər. Onların arasında Rusiya Hərbi Tarixi Cəmiyyətinin hazırkı əməkdaşları da var idi.

26 aprel radiasiya qəzalarının və fəlakətlərinin nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin günü və radiasiya qəzaları və fəlakətləri qurbanlarının xatirəsi günüdür.


Mənbə: dzen.ru

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et