Bu gün:

Telefon alarkən nələrə diqqət etmək lazımdır?


Smartfonların əvəzolunmaz hala gəldiyi çağımızda bir çox xüsusiyyət seçimlərimizi istiqamətləndirir. Yeni cib telefonu alarkən diqqət etməli olduğunuz şeyləri araşdıraraq ehtiyaclarınızı ortaya qoya və buna uyğun seçimlər edə bilərsiniz.

Mobil telefondan istifadə məqsədinizi müəyyən edin

Cib telefonuna niyə ehtiyacınız olduğunu müəyyən etmək, satın alma mərhələsində etməli olduğunuz ilk şeydir. Yalnız telefon zəngləri etmək və mesaj göndərmək üçün telefon axtarırsınızsa, giriş səviyyəli modelləri seçə bilərsiniz. Telefonlarından film izləmək və ya oyun oynamaq kimi uzun müddət istifadə edənlər uzun batareya ömrü və böyük ekranlı telefonları nəzərdən keçirə bilərlər.


Hansı markadan istifadə etmək istəyirsiniz?

Cib telefonuna niyə ehtiyacınız olduğunu müəyyən etmək, satın alma mərhələsində etməli olduğunuz ilk şeydir. Yalnız telefon zəngləri etmək və mesaj göndərmək üçün telefon axtarırsınızsa, giriş səviyyəli modelləri seçə bilərsiniz. Telefonlarından film izləmək və ya oyun oynamaq kimi uzun müddət istifadə edənlər uzun böyük ekranlı telefonları nəzərdən keçirə bilərlər.


Büdcənizə uyğun telefonu tapın

Hər markanın qiymət siyasəti fərqlidir. Bu xüsusiyyət modellərə və xüsusiyyətlərə görə dəyişsə də, bəzən marka adına görə müəyyən ödəniş edilir. Təyinatınıza və telefon xüsusiyyətlərinə əsasən büdcənizə uyğun telefon tapa bilərsiniz. Əgər işinizin əhəmiyyətli bir hissəsini mobil telefonunuz vasitəsilə görürsünüzsə və ya həqiqətən güclü bir cib telefonunuza sahib olmaq istəyirsinizsə, qiymət baxımından orta göstəricidən bir az çox ödəməli olacaqsınız. 

Həmçinin:

Cihazın batareyasının uzunömürlü olmasına diqqət yetirin. 


Saxlama tutumunun çox olmasına diqqət yetirin. 

 

Yüksək keyfiyyətli kameraya sahib olmasına diqqət yetirin. 


Mənbə: blog.teknosa

Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et