Bu gün:

Həyatında yeni səhifə açmaq istəyənlər


Rutinlərinizi dəyişdirin 

Hər şeyi vərdiş etdiyiniz kimi etmək təhlükəsiz ola bilər, lakin gündəlik, həftəlik və hətta illik cədvəllərinizdə bəzi köklü dəyişikliklər etmək sizə monotonluğu pozmaq üçün lazım olan enerjini verəcək. Məsələn evdə əylənmək istədiyiniz zaman bayıra çıxmaq. 


Cəmiyyətin xeyrinə könüllü olun

Hansı işlə məşğul olursunuzsa olun, kimin həyat yoldaşı, bacısı, övladı və ya dostu olmağınızdan asılı olmayaraq, insanı ən yaxşı hiss etdirən, başqaları üçün nəsə etməkdir. İctimai mənafe üçün çalışan bir çox rəsmi və ya qeyri-hökumət təşkilatları könüllülərlə minlərlə insana xidmət göstərir. Burada fərqli insanlarla çiyin-çiyinə işləmək, dəstək axtaran insanların həyatına toxunmaq sizin üçün çox yaxşı olacaq. 

Kiçik bir qeyd: Siz təkcə insanlar üçün deyil, ehtiyacı olan heyvan dostlarımız üçün də könüllü ola bilərsiniz!

Yeni hobbilər və yeni mühit əldə edin

Zehni rahatlaşdıran və şəxsi inkişaf üçün əvəzolunmaz olan hobbilərimiz bəzən rutinin bir hissəsi ola bilir. Sizi maraqlandıra biləcək yeni hobbilər tapmaq və sizinlə eyni həyəcanı paylaşan yeni insanlarla tanış olmaq, ehtiyacınız olan dəyişikliyə doğru ilk addım ola bilər. 

Qarşılaşacağınız fərqli peşələr və fərqli insanlar sizə mütləq fərqli perspektivlər təqdim edəcək və həyatınıza yeni mənalar qatmaq üçün ilham mənbəyi olacaq.

 Öz tərcümeyi-halınızı yazmağa başlayın

Yazının təsəlliverici olduğu məlum faktdır və bir çox insanlar gündəlik tutmaqla buna nail olurlar. Özünüzü daha yaxşı tanımaq və əslində şüur altınızın dərinliklərinə endirdiyiniz bəzi təcrübələri təhlil edib əks etdirmək üçün tərcümeyi-hal yazmağa başlamaq sizin üçün yaxşı ola bilər. 

Keçmiş hadisələri kağız üzərində "qoyaraq" fərqli bir prizmadan baxa bilsəniz, gələcəyə daha güclü baxmaq üçün axtardığınız motivasiyanı alacaqsınız. 

Ev heyvanı sahiblənin 

Bir pişiyi və ya iti həyatınıza daxil etmək, onunla tanış olmaq, həyatın hər anını bölüşmək və yeni xatirələr yaratmaq sizə dünyaya qarşı tamamilə fərqli baxışlar bəxş edəcək. Əmin olun ki, qayğınıza və diqqətinizə ehtiyacı olan bu sevimli dost həyatınıza ona verdiyinizdən daha çox şey qatacaq. 

Dəyişiklik və daha xoşbəxt həyat yalnız sizin əlinizdədir...

Mənbə: Milliyet

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et