Bu gün:

Qulaqlıqlar haqqında maraqlı faktlar


1. 1880-ci illərdə ilk qulaqlıqlar telefon operatorları tərəfindən istifadə edilib.

 2. Nathaniel Baldwin 1910-cu ildə ilk müasir qulaqlıqların istehsalına başlayıb, lakin ixtirasını patentləşdirməyib.

 3. Nathaniel Baldwinin qulaqcıqları radio rabitəsi üçün nəzərdə tutulmuş və o, onları ABŞ Hərbi Dəniz Qüvvələrinə satmışdı.

 4. Beyerdynamic ilk dinamik qulaqlıqları (DT-48) icad etdi və istehsal etdi. Qeyd edək ki, onlar hələ də istehsaldadırlar.

 5. İlk məşhurların imzası olan qulaqlıqlar KOSS Beatlephones idi.

 6. Apple iPod qulaqcıqların daha geniş yayılmasına səbəb oldu.

 7. Skullcandy qulaqlıqları diqqəti cəlb etmək üçün hazırlanmış vəhşi və canlı üslublarla yeni səviyyələrə qaldırdı.

 8. Dünyanın ən bahalı qulaqlıqlarından biri olan HE 1-in qiyməti 55.000 dollardır (təxminən 30.000 funt sterlinq, 75.000 AU dolları).

 9. Dünyanın ilk “həqiqətən simsiz” qulaqdaxili qulaqlıqları Berlində keçirilən IFA texnologiya sərgisində Yaponiyanın istehlakçı elektronikası istehsalçısı Onkyo tərəfindən təqdim edilib.

 10. Beats by Dr. Dre məşhurların qulaqlıqlarını yenidən gündəmə gətirdi.

Mənbə: medium.com
Tərcümə etdi: Abışova Nərmin

Paylaş
Şərh əlavə et