Bu gün:

“Apple” gözləniləndən çox qazanır


Apple maliyyə ilinin ikinci rübündə analitiklərin gözləntilərini üstələyən gəlir əldə etdi . Bununla belə, 24,16 milyard dollarlıq net gəlir, keçən ilin həmin dövrünə uyğun olaraq 25,01 milyard dollar olduğunu nəzərə alsaq, bu hələ də həmin dövrə görə 3% geridə qalmaq deməkdir.

Hissə başına gəlir 1,43 dollar olan orta gözləntiyi keçərək 1,52 dollar səviyyəsinə qalxdı. Wall Street analitiklərinin gözləntiləri 1,37-1,56 dollar arasına dəyişməkdə idi.

İkinci rübdə gəlirlər də 92,96 milyard dolları keçərək 94,84 milyard dollara yetişdi. Bu isə keçən ilin həmin dövrü ilə müqayisədə 2.5% azalmağı deməkdir. 

iPhone satış gəlirləri 1,5 faiz artaraq 51,3 milyard dollara çatıb. Gözləntilər satışların 3,3 faiz azalacağına dair idi.

Mənbə: uzmanpara.milliyet.com.tr

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et