Bu gün:

İsti havalarda zəiflik və yorğunluğun qarşısını almaq üçün nə etməliyik?


İsti havalarda zəiflik və yorğunluğun qarşısını almaq üçün nə etməliyik?

 Yay ayları bir çox insana tətil, dəniz və əyləncə kimi müsbət halları xatırlatsa da, isti hava əslində özü ilə bir çox mənfilikləri də gətirə bilər. Yay aylarında yüksək temperatur və rütubət səbəbiylə halsızlıq, yorğunluq, baş ağrısı kimi şikayətlər daha tez yaşana bilər. Bədənimiz həm temperatur dəyişikliklərinə, həm də dəyişən həyat vərdişlərimizə uyğunlaşmağa çalışır. Nəticədə xroniki yorğunluq və yorğunluq hissi kimi mənfi təsirlər yarana bilər. Bəs, isti havalarda yorğunluq və yorğunluğun qarşısını almaq üçün nə etmək olar?

 Günün ən isti saatlarında çöldə olmaqdan çəkinin

 Günəşli hava insanın enerjisini artırsa da, yüksək hərarət, əksinə, enerjimizi əlimizdən alır. Bu səbəbdən xüsusilə yay aylarında günün ən isti vaxtı olan günorta saatlarında çöldə olmaqdan çəkinmək lazımdır. Bu saatları evdə sərin yerdə və ya qapalı yerlərdə keçirmək yorğunluq problemini aradan qaldırmağa kömək edə bilər.

Kifayət qədər su qəbul edin

 İsti havalarda kifayət qədər su qəbul edilməzsə, orqanizm susuz qala bilər. Bunun nəticəsində ani qızdırma, baş ağrısı və yorğunluq kimi şikayətlər yarana bilər. Odur ki, yay aylarında orqanizmimizin daha çox suya ehtiyacı olduğunu xatırladaraq, gündə ən az 10-12 stəkan su içməliyik.

Süfrənizdən yüksək su tərkibini və təravətləndirici meyvələri qaçırmayın.

 İsti havalarda ən çox qəbul edilən meyvələr olan qarpız və qovun orqanizmdən toksinləri çıxarır. Bütün bunlarla yanaşı soyutma xüsusiyyəti də var. Odur ki, isti havalarda yorğunluğun qarşısını almaq üçün su ilə yanaşı, bu cür qidalardan da istifadə etməklə orqanizmdə suyun miqdarını artırmaq lazımdır.

Açıq rəngli və rahat paltar seçin

 İsti havalarda geyinilən narahat və qalın paltarlar boğulma hissini artıra və yorğunluğa səbəb ola bilər. Bu səbəbdən belə havalarda su itkisini artırmamaq və sıxılmamaq üçün açıq rəngli, pambıq və ya kətandan tikilmiş boş paltarlara üstünlük verilməlidir.

Yüngül yeməklər yeyin

 İsti havalarda ağır, yağlı və qızardılmış yeməklərdən uzaq durmaq lazımdır. Bu növ qidalar həzmi çətinləşdirir, qanda şəkər balansının pozulmasına səbəb olur və nəticədə insanda zəiflik və yorğunluq hissi yaradır. Bu səbəbdən yayda sağlam və təzə qidalar qəbul edilməlidir. Yeməklər zeytun yağı kimi sağlam yağlarla hazırlanaraq qəbul edilməlidir.

 Güclü fiziki fəaliyyətdən çəkinin

 İsti havada sıx fiziki fəaliyyətlə məşğul olmaq halsızlıq və yorğunluq kimi arzuolunmaz hallara səbəb ola bilər. Bu səbəbdən idman üçün səhər tezdən və ya axşam saatlarına üstünlük verilməlidir. Bundan əlavə, idman zamanı itirilən suyu nəzərə alaraq bol su qəbul edilməlidir.

 Tez-tez duş qəbul edin

 İsti havalarda yaşanan yorğunluğun səbəblərindən biri də bədən istiliyinin artmasıdır. Buna görə də isti günlərdə bədən istiliyini azaltmaq üçün tez-tez ilıq duş qəbul etmək lazımdır. Duş qəbul etmək mümkün deyilsə, əlləri, ayaqları, üzü və boyunu soyuq su ilə islatmaq rahatlama təmin edə və bədən istiliyini azalda bilər.

Mənbə: nblturkiye.com

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et