Bu gün:

Tərləmənin qarşısını almağın təbii yolları


Tərləmə; Orqanizmdə baş verən və orqanizmin su, duz və istilik balansını qoruyan fizioloji hadisədir. Tərləmə həddindən artıq olduqda, buna tibbdə "hiperhidroz" deyilir. Həddindən artıq tərləmə problemi; Genetika, hormonla əlaqəli şərtlər, yaşayış və yemək vərdişləri kimi bir çox səbəblərə görə inkişaf edə bilər.

Həddindən artıq tərləmə problemi, adətən, ovuclarda, ayaqlarda və ayaq altlarında, qoltuqlarda, boyunda, alın və baş dərisində görünür.

Tərləməyə qarşı alına biləcək ehtiyat tədbirləri:

Soyuq su içmək bədən istiliyini tarazlaşdırır və həddindən artıq tərləmənin qarşısını alır. 

Alkoqol və siqareti azaltmaq. Siqaret və spirt tərləməyə və pis qoxuya səbəb olur.

Qəhvə və kola kimi kofein tərkibli içkiləri daha az qəbul etmək. Kofein və digər aktiv maddələr daha çox tərləməyə səbəb olur.

Ətir və ya dezodorant tətbiq etməzdən əvvəl bədənin quru olduğundan əmin olmaq. Beləliklə, pis qoxunu xoş qoxu ilə qarışdırmazsınız.

Sintetik parçalardan istifadə etməməyə diqqət yetirmək. Sintetik parçalar insanda tərləməyə və pis tər qoxusuna səbəb olur. Təbii saplardan hazırlanmış parçalar seçmək insanı daha rahat edəcək.

Tez-tez duş qəbul etmək. Duş qəbul etmək indiki cəmiyyətdə gündə ən azı bir dəfə etməli olduğu bir hərəkətdir. 

Həftədə 3 dəfə bədəni antiseptik şampunla yumaq. Beləliklə, pis qoxuya səbəb olan hər şeyin qarşısını ala bilmək olar.

Fast food yeməklərini azaltmaq. Mümkün qədər ədviyyatsız və təbii qidaları seçmək yaxşı olar.

Kişmiş yemək bədən istiliyini balanslaşdırır. Bol qəbul etmək lazımdır.

Çəki nəzarətini qorumaq.

Tərləmənin qarşısını almaq üçün dörd təbii üsul:

Alma sirkəsi ilə tərləmənin qarşısını almaq

Həddindən artıq tərləmə problemi üçün ən yaxşı təbii üsullardan biri alma suyu sirkəsidir. Alma sirkəsi çox güclü antioksidantdır. Alma sirkəsi zərərli bakteriyaların yox edilməsində mühüm rol oynayır. 

Çörək soda həddindən artıq tərləmənin qarşısını alacaq

Hər kəsin evində olan çörək sodası tərləmə problemlərinin aradan qaldırılmasında çox təsirlidir. Bədənə çörək soda sürtdükdə o, bədəndəki artıq nəmi udmaq qabiliyyətinə malikdir. Çörək sodasının rütubəti udma xüsusiyyəti və onun rütubətin neytrallaşdırılması həddindən artıq tərləmə probleminin qarşısını alır. Çörək soda həm də pis qoxuları aradan qaldırmaq xüsusiyyətinə malikdir.

Qara çay ilə tərləmənin qarşısını almaq 

Xalq arasında hərarətdən xilasedici kimi tanınan qara çay normada qəbul edildikdə tər əleyhinə təsir göstərir. Qara çayda olan turşular tərləmənin qarşısını almaqda təsirli olur. Eyni zamanda qara çay antibakterial xüsusiyyətləri sayəsində bədən qoxusuna səbəb olan bakteriyalarla mübarizə aparır. Tərləmənin qarşısını almaq üçün qara çay içə və ya pambıqla bədənin tərləyən hissələrinə çəkə bilmək olar. 

Hindistancevizi yağı: Tərləmənin qarşısını alır

Hindistancevizinin üz və bədən üçün çoxlu faydaları var. Hindistancevizi yağının tərkibində laurik turşusu var və sıx qoxusu ilə pis qoxuları yox edir. Hindistancevizi də antibakterial xüsusiyyətlərə malikdir. İlıq duş qəbul etdikdən sonra bütün bədənə, xüsusən də tərləyən nahiyələrə bu yağı çəkmək lazımdır. 

Mənbə: estethica

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et