Taylanddakı Buddist məbədi Vat Samfran əsrarəngiz əjdahası və bənzərsiz görünüşü ilə ölkənin ən maraqlı tikililəri arasında yerini qoruyur.

Taylandın Nakhon Pathom əyalətinin cənubunda yerləşən Amphoe Sam Franda nağıldan çıxmış kimi görünən bir Buddist məbədi var: Wat Samphran. Parlaq çəhrayı rəngi və memarlıq dəyəri ilə ölkənin ən nadir məbədlərindən biridir. 17 mərtəbəli məbədin binasını pullu bədəni ilə yaşıl əjdaha bürüyür.
Bu məbəd 1985-ci ildə rəsmi qeydiyyata alınıb. Son vaxtlara qədər diqqət çəkməməsinin səbəbi Banqkokdan cəmi 40 km uzaqlıqda olmasına baxmayaraq, məşhur turist marşrutlarının getmədiyi bir yerdə olmasıdır.
Vat Samfrandakı əjdahanın sirri
Wat Samphran məbədinin tikintisi ideyası 7 günlük oruc və meditasiya prosesindən sonra Bhavana Buddho tərəfindən irəli sürülüb. Lakin onun nə vaxt və kim tərəfindən tərtib edildiyi dəqiq məlum deyil. Tikintisi 5 il çəkdi. Binanın 80 metr hündürlüyü Qotama Buddanın yaşadığı illərin sayını əks etdirir. Əjdahanın nəyi təmsil etdiyi hələ də sirr olaraq qalır.
Ziyarətçilər damdakı əjdahanın saqqalına və nəhəng caynaqlarına toxuna bilərlər. Əjdahanın içərisində pilləkənlərlə irəliləmək mümkündür və içərisində böyük Budda heykəli və digər irili-xırdalı heykəllər də var. Vat Samfran'ı görmək, xüsusilə memarlar, mühəndislər və dizaynerlər üçün qaçırılmaması lazım olan bir təcrübə olmalıdır.
Çox təfərrüatlı şəkildə qurulmuş və demək olar ki, canlıya bənzəyən bu heykəlin içi boşdur və həm də binanın pilləkəni kimi xidmət edir. Ancaq heç bir turistlik məkanlarına daxil olmayan Vat Samfran məbədi baxımsızdır və bu pilləkənin bəzi hissələri istisna olmaqla, hamısına çıxış yoxdur.
Həmçinin məbəddə göz oxşayan ziyarətgahlar və nəhəng tunc Budda heykəli də var.
Mənbə: ntv.com
Tərcümə etdi: Aytac Musayeva
